Bu günün Ulduz falı

10.06.2014 - 00:58

QOÇ – Daha bir səmərəli gün yaşayacaqsınız. Astroloji göstəricilər
hər hansı qanqaraçılığın mümkünlüyünü təkzib edir. Qərarlarınızda qəti
olsanız, bəxtiniz də gətirəcək.
BUДћA – Olduqca
təzadlı gündür. Ünsiyyətdə olduğunuz adamlar sizi çaşdıra bilər. Gələcək
perspektivlərinizi reallaşdırmaq üçün müzakirələrə başlayın. Ulduzlar
sizi müdafiə etməkdədir.
ƏKİZLƏR – İştirakçısı
olduğunuz proseslərə ciddi yanaşsanız, gün ərzində nəzərdə tutduğunuz
perspektivlərin əksəriyyətinə qovuşacaqsınız. Sağlıq durumunuza fikir
verin, əsəblərinizi qoruyun.
XƏRÇƏNG – Hələ də
böyük planlarınızın reallaşmaması daxili gərginliyinizi artıra bilər.
Buna baxmayaraq, özünüzdə təmkin tapıb Ulu Yaradana ümid bəsləyin. Uzaq
səfərə çıxmaq olar.
ŞİR – Sürprizlər yolunuzu
gözləyir. Bu səbəbdən də bir yerdə durmamalısınız. Evə bir qədər gec
getsəniz də olar. Əsas məsələ planlarınızı həyata keçirməkdir.
Dostlarınızla soyuqlaşmayın.
QIZ – Daxili
sabitliyinizi qoruyun. Əks təqdirdə müttəfiqləriniz sizdən uzaqlaşa
bilər. Çalışın ki, hər bir davranışda səmimi və təbii olasınız. Yalan
vədlər verməkdən uzaq olun.
TƏRƏZİ – Ulduzların
düzümü maliyyə imkanlarınızın genişlənəcəyindən xəbər verir. Varlanmaq
üçün xeyli şanslarınız var. Bu istiqamətdə hər bir mümkün variantdan
yararlanın.
ƏQRƏB – Müəyyən təsirlərə məruz
qalacağınız gözlənilir. Bunun qarşısını almaq üçün riskli
sövdələşmələrdən, məsuliyyətli işlərdən uzaq durmalısınız. Günün ikinci
yarısını gəzintilərə həsr edin. 
OXATAN –
Ünsiyyətdə olduğunuz bütün insanlarla davranışlarınızı səmimilik
üzərində qurun. Yaxın günlərdə maddi problemlərinizin aradan qalxacağına
nikbin yanaşın. İnsanlara inamla baxın. 
OДћLAQ
– Səhər saatlarında müəyyən gərginliklə rastlaşsanız da, bunun neqativ
nəticələri görünməyəcək. Təxminən saat 12-dən vəziyyətiniz düzələcək.
Amma sağlamlığınızı da gözdən qoymayın. 
SUTÖKƏN
– İşlə bağlı müəyyən mübahisələriniz gözlənilsə də, bu, nəzərdə
tutduğunuz planların reallaşmasına mane olmayacaq. Bu gün ailə-sevgi
münasibətlərindəki passivliyi mütləq aradan qaldırın.
BALIQLAR
– Etibar etdiyiniz bəzi şəxslər tərəfindən aldadıla bilərsiniz,
ələlxüsus da yaxın ətrafınız tərəfindən. Belə məqamlarda soyuqqanlılıq
nümayiş etdirməyiniz vacibdir. Bu gün qazanmaq ehtimalınız da var.

Short URL: http://www.cumhuriyyet.net/?p=8376

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930