Endirilən bayraq ölkəni ayağa qaldırdı
ANS PRESS-in məlumatına görə, Diyarbəkır 2-xi Hava Qüvvələri
komandanlığında Türkiyə bayrağının endirilməsi hökumət və bir sıra
dövlət nümayəndələri tərəfindən pis qarşılanıb.
Ölkə prezidenti Abdulah Gül məsələ ilə bağlı açıqlama verərək, bayrağın endirilməsini kəskin şəkildə pislədiyini bildirib.
“Bu və bunun kimi çirkin addım atanlar heç vaxt öz məqsədlərinə
çatmayacaqlar. Hamını ehtiyatlı davranmağa, təxribatlara qarşı
ayıq-sayıq olmağa və bu cür addımlardan uzaq durmağa çağırıram”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da ölkəsinin bayrağının dirəkdən endirilməsinə kəskin reaksiya bildirib.
“Bayrağı endirənin uşaq olması bizi maraqlandırmır. Buna səsssiz qalmaq
mümkün deyil. Bunun qarşılığı hökmən olacaq. Faktla bağlı istintaq
başlatdıq. O uşağı oraya göndərən də bunun cavabını verəcək, orada
vəzifəli olan əsgər və komandir də. Hamı bunun bədəlini ödəyəcək”.
Bunun təxribat olduğunu bildirən Ərdoğan xalqı bu cür təxribatlar qarşısında dik dayanmağa səsləyib.
“Bölgədə baş vermiş bu cür hadisələr qarşısında əvvəla xalqıma müraciət
edirəm. Bu, sülh prosesini yox etməyə istiqamətlənmiş təxribatlardır.
Millət olaraq belə təxribatlar qarşısında dik dayanmalıyıq. Yol kəsmək
quldurların işidir. Bundan sonra yol kəsənlər də bədəl ödəyəcəklər.
Ölkəmizin asayişini pozmağa heç kmin haqqı yoxdur”.
Məsələnin böyümüəsi ilə ölkənin bir sıra şəhər və rayonlarında bayraqla
etiraz aksiyaları keçirilib. Diyarbəkirdə yaşanan həmin olay pislənib.
Ölkənin Daxili İşlər Nazirliyi isə açıqlamasında mühafizə ilə əlaqəli olan iki nəfərin vəzifəsindən azad edildiyini bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=8383