Sabah ABŞ-da Azərbaycanla bağlı xüsusi dinləmələr olacaq
Helsinki Komissiyasındakı müzakirələrə niyə Bakıdan heç kim dəvət olunmayıb və gündəmdə nələr var?
Komissiyası Azərbaycanla bağlı xüsusi dinləmə keçirəcək. ABŞ-Azərbaycan
münasibətlərinin təhlükəsizlik, iqtisadi və insan haqları tərəflərinin
müzakirə olunacağı tədbir haqda Helsinki Komissiyasının yaydığı
məlumatda deyilir ki, Azərbaycan ABŞ-ın tərəfdaşıdır, Avropanın enerji
təchizatçısıdır, Əfqanıstanda beynəlxalq qüvvələrə yardım edir. Bunlarla
yanaşı, Azərbaycan Avropanın iki aparıcı insan haqları qurumlarının
üzvü olmasına baxmayaraq mütəmadi olaraq qeyri-demokratik seçkiyə,
siyasi rəqibləri ədliyyə sisteminin köməyi ilə cəzalandırmağa görə
tənqid olunur.
Agentliyinin yaydığı məlumata görə, dinləmələrdə Azərbaycandakı durum,
ikitərəfli münasibətlər, demokratiya və insan hüquqları sahəsində
vəziyyət barədə bir sıra məruzəçilər çıxış edəcək. Bunların sırasında
ABŞ dövlət katibinin müavinin iki köməkçisi də var-Tomas Melia
(demokratiya və insan hüquqları) və Erik Rubin (Avropa işləri üzrə).
Dinləmələrdə həmçinin Milli Demokratiya Təşkilatının (MDİ) təşkilatının
Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy və Corctaun
Universitetindən Brenda Şafer çıxış edəcəklər.
edək ki, 2013-cü ilin 17 iyulunda da ABŞ Helsinki Komissiyası
Azərbaycanla bağlı dinləmə keçirmişdi. Dinləmədə Azərbaycanın səfiri
Elin Süleymanovla yanaşı, deputat Səməd Seyidov, EL Hərəkatının sədri
Eldar Namazov, REAL Hərəkatının rəhbərlərindən Erkin Qədirli və digər
şəxslər iştirak etmişdilər.
dinləmələrə isə Bakıdan heç kimin dəvət olunmadığı bildirilir. Eldar
Namazov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, 11 iyuna təyin olunan
dinləmələr növbədənkənar dinləmələrdir. Bu dinləmələrin günü, hazırlıq
işləri barədə əvvəldən informasiya verilməyib. Çox güman ki, buna görə
dəvətlər olmayıb: “Yəqin bu dinləmələr son həftələrdə baş verən
hadisələrlə, o cümlədən Azərbaycan-ABŞ münasibətlərində son vaxtlar
müşahidə olunan vəziyyətlə bağlıdır. Ola bilsin ki, diqqət mərkəzində
bəzi Azərbaycan rəsmilərinin son vaxtlar ABŞ səfiri Riçard
Morninqstarın üzərinə hücumları, vətəndaş cəmiyyətinə qarşı
repressiyalar və rəsmi Bakının insan hüquqları sahəsində öhdəliklərinə
məhəl qoymaması kimi məsələlər olacaq”.
Hərəkatı İdarə Heyətinin üzvü Natiq Cəfərli də bildirdi ki, bu,
növbədənkənar dinləmələrdir və çox qısa zaman öncə belə dinləmənin
keçirilməsi qərarı qəbul olunub. ABŞ-da Azərbaycanla, bu bölgə ilə
məşğul olan insanlar öz aralarında müzakirə aparmaq, beyin fırtınası
təşkil etmək istəyirlər. Bu səbəblərə görə də Azərbaycandan kimlərəsə
dəvətlərə ehtiyac duyulmayıb: “Amerikalılar özlərinin əllərində olan
məlumatlar çərçivəsində vəziyyəti dəyərləndirmək istəyirlər. Amma çox
maraqlı dinləmələr olması gözlənilir. Çox güman ki, dinləmələrdən sonra
maraqlı mesajlar olacaq.
ABŞ-dakı səfirimiz dinləmədə iştirak edəcək. Digər rəsmi şəxslərin dəvət
olunması haqqında məlumat yoxdur”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8384