Nazirlə qərargah rəisi yola getmir

10.06.2014 - 09:03

Müdafiə Nazirliyisə iki generalla bağlı yazılanları təkzib edir

Müdafiə naziri Zakir Həsənovla Baş Qərargah rəisi Nəcməddin Sadıqovun
dostluğu uzun çəkməyib. “Yeni Müsavat”ın yazdığına görə, Müdafiə
Nazirliyindəki ənənəvi problem son vaxtlar yenidən baş qaldırıb. Buna
səbəb isə Zakir Həsənovun kadr təyinatlarına, digər islahat xarakterli
addımlarına Nəcməddin Sadıqovun aşırı müdaxilə etməsi göstərilir. 

Qəzet yazır ki, Türkiyə ordu rəhbərliyinə yaxınlığı ilə tanınan Zakir
Həsənov Müdafiə Nazirliyi strukturlarında mühüm vəzifələrə əsasən
qardaş ölkədə hərbi təhsil almış və NATO sistemini bilən gənc zabitlərin
yerləşdirilməsini həyata keçirməyə çalışır. Nazirin bu planının həyata
keçməsinə başda Baş Qərargah rəisi Nəcməddin Sadıqov olmaqla Rusiyaya
yaxınlığı ilə tanınan generallar mane olurlar.

Tanınmış jurnalist, hərbi ekspert Üzeyir Cəfərov “Azadlıq”a
açıqlamasında belə bir şeyin olmadığını dedi: “Heç bir istefa ərizəsi
yoxdur. Sadəcə Nəcməddin Sadıqovun ətrafında olan adamlar Zakir
Həsənovun işləyə bilməməsi görüntüsünü yaratmaq üçün bu cür yalan
informasiyaları dövriyyəyə buraxıblar. Nəcməddin Sadıqovun ətrafında bir
qrup adamlar var, onlar orduya xidmət üçün deyil, varlanmaq üçün
gəliblər. Onlar görüntü yaratmaq istəyirlər ki, Zakir Həsənov acizdir,
işləyə bilmir, bu minvalla Nəcməddin Sadıqovu və yaxud özlərinə yaxın
başqa bir şəxsi rəhbərliyə gətirsinlər”. 

Məsələyə Müdafiə Nazirliyi də reaksiya verib.

“Bu gün (dünən – red.) bəzi kütləvi informasiya vasitələrində “Zakir
Həsənov istefa ərizəsi yazıb” başlıqlı məlumatlar yayılıb. Bu kimi
xəbərlərin yayılması ictimaiyyət arasında ordu haqqında yanlış fikrin
yaranması və aparılan islahat-quruculuq işlərinin şübhə altına alınması
məqsədini güdür, eyni zamanda Silahlı Qüvvələrin rəhbərliyində təəssüf
hissi doğurur. 

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrdə
Nizamnamələrin tələblərinə uyğun vahid komandanlıq tərəfindən idarə
olunan sağlam, həmrəy və yekdil hərbi kollektiv formalaşıb və ordu
quruculuğu prinsiplərinə, subordinasiya qaydalarına uyğun hərbi xidmət
təşkil olunub. Mətbuatda yayılan bu məlumatın heç bir əsası yoxdur və
yalnız uydurma xarakteri daşıyır”,- deyə məlumatda qeyd edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=8388

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31