Tağı Əhmədova intihar xəbərdarlığı

10.06.2014 - 09:10
Qarabağ əlili keçmiş rəisin hakim oğlundan 79 min manatını ala bilmir

Qarabağ əlili keçmiş rəisin hakim oğlundan 79 min manatını ala bilmir
 

İkinci qrup Qarabağ əlili Loğman Ağalarov Bakı Metropoliteninin
keçmiş rəisi Tağı Əhmədovun oğlu Rauf Əhmədova 79 min manat pul
verdiyini deyir. Loğman Ağalarov bu barədə “Azadlıq”a ünvanladığı
müraciətində yazır: “Təxminən 2012-ci ildə sahibkarlıq fəaliyyətimin
artırılması üçün əlimdəki vəsaitə uyğun olaraq, obyekt əldə etmək
istəyirdim.
Bunun üçün Bakı Metropoliteni ərazisində satılan
dükanlarla maraqlandım. Bu zaman Metropoliten əməkdaşları bildirdilər
ki, obyektlərin satışı işilə Metropoliten  rəsi Tağı Əhmədovun oğlu Rauf
Əhmədov məşğul olur. Mən də buna  görə Rauf Əhmədovla görüşməli oldum.
Görüş zamanı Rauf Əhmədov metronun Inşaatçılar stansiyasındakı keçiddə
hər dükana görə 15 min AZN pul ödəməli olduğumu bildirdi. Lakin 6 dükan
bir dəfəyə götürdüyümə görə, 79 min manat ödənişlə razılaşdı.
Razılaşmadan sonra Rauf Əhmədov bildirdi ki, dükanlar istifadəyə
veriləndən sonra onları mənim adaıma sənədləşdirəcək”.
Lakin Qarabağ
əlili iki il müddətində sənədləşməylə bağlı dəfələrə Rauf Əhmədova
müraciət etsə də, heç bir cavab ala bilməyib: “Tağı Əhmədov işdən azad
olunandan sonra metro keçidlərində fəaliyyət göstərən bütün dükanlar,
eyni zamanda mənə məxsus 6 dükan heç bir kompensasiya ödənilmədən
söküldü. Yeni rəhbərliyə bu barədə dəfələrlə müraciət etsəm də, “pulu
kimə vermisiz, ondan da tələb edin” cavabını aldım. Hazırda Xətai rayon
məhəkəməsində hakim kimi çalışan Rauf Əhmədovdan pullarımın
qaytarılmasını tələb etsəm də, məni polislə hədələyir. Mən Qarabağ
müharibəsi əlili olaraq, “Azadlıq” qəzetindən hüquqlarımın müdafiəsinə
yardımçı olmalarını xahiş edirəm. Xatırladım ki, özünü kiçik şah hesab
edən allahsız məmurlardan şikayət etmədiyim dövlət qurumu qalmayıb. Indi
durumum çox ağırdır. Tağı Əhmədovun oğlu, hazırda Xətai rayon
məhkəməsinin hakimi Rauf Əhmədovun 6 dükan üçün məndən aldığı 79 min
manat pulun böyük əksəriyyətini borc almışdım. Indi ailəmi dolandıra
bilmirəm. Borc aldığım şəxslərin tənəsi ilə üz-üzə qalmışam. Intihar 
etməkdən başqa yolum qalmayıb”.
Loğman Ağalarovun dediklərinə
münasibət öyrənmək üçün Rauf Əhmədovla əlaqə saxlamaq cəhdlərimiz baş
tutmadı. Xətai Rayon Məhkəməsinə zəng etsək də, onun tapmaq mümkün
olmadı. Məsələ ilə bağlı Tağı Əhmədovla əlaqə saxlamaq istədik. Gün
ərzində Tağı Əhmədova dəfələrlə zəng etsək də, onun telefonu qapalı
oldu.

Short URL: http://www.cumhuriyyet.net/?p=8390

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31