Əsgərlərimizin qida rasionunda nələr var?

10.06.2014 - 09:15

Ön cəbhədə xidmət edən əsgərlərə plastik qablarda içməli su verilir

;
Üzeyir Cəfərov: “İndiyə kimi Azərbaycan Silahlı Qüvvələrində belə bir
şey olmayıb”

“Yay
mövsümü ilə bağlı öncə cəbhədə əsgər və zabitlərin su ilə təmin
olunması hələlik normaldır. Hətta Müdafiə Nazirliyinin arxa cəbhəsinin
apardığı işlər nəticəsində ön cəbhədə düşmənlə üz-üzə xidmət edən əsgər
və zabitlərimizə bağlı qablarda içməli su çatdırılır. Əvvəlki illərə
nəzər salsaq, nazirliyin bu islahatı təqdirəlayiqdir”. 

Bunu
“Yeni Müsavat”a açıqlamasında hərbi jurnalist, ehtiyatda olan
polkovnik-leytenant Üzeyir Cəfərov ordumuzun qida rasionu ilə bağlı
yeniliyə münasibət bildirərkən söyləyib. Hərbi ekspert bildirib ki,
əvvəlki illərlə müqayisədə müxtəlif xəstəliklərə tutulan əsgərlərin sayı
kəskin azalıb: “Əvvəlki illərdə əsgərlərimiz qaynadılmamış su içirdilər
və buna görə də müxtəlif xəstəliklərə tutulurdular. Müdafiə
Nazirliyinin əsgərlərin qida rasionunda etdiyi dəyişiklik, xüsusilə
içməli su ilə bağlı qərar təqdirəlayiqdir. Artıq əsgərlərimiz plastik
qablarda, bağlı vəziyyətdə olan sudan istifadə edirlər. İndiyə kimi
Azərbaycan Silahlı Qüvvələrində belə bir şey olmayıb”.

Üzeyir
Cəfərov komandirlərin qida rasionu ilə bağlı göstərişlərə əməl
edib-etməyəcəyinə də aydınlıq gətirib: “Müdafiə nazirinin əmri var.
Qəbul olunmuş qida rasionu hər bir əsgərə doğru və düzgün şəkildə
çatdırılmalıdır. Bəzi yerlər var ki, orda komandirlər səhlənkarlığa yol
verirlər. Ayrılmış qidanı lazımi şəkildə əsgərlərə çatdırmırlar. Müdafiə
naziri Zakir Həsənovun qəti göstərişi var. Ayrılan qida hər bir əsgər
və zabitə çatdırılmalıdır. İnanıram ki, neqativ hallar tezliklə müəyyən
olunaraq aradan qaldırılacaq”.

Ehtiyatda
olan polkovnik-leytenantın sözlərinə görə, qida rasionunda bəzi
problemlər də var: “Onlardan birincisi və ən önəmlisi əsgərlərə milli
mətbəximizin yeməklərinin az verilməsidir. Məndə olan məlumata görə, bu
istiqamətdə iş aparılır. 2014-cü ilin sonuna kimi Azərbaycan əsgərinə
milli mətbəximizin müxtəlif çeşidli təamları çatdırılacaq.  Artıq
əsgərlərə hər gün qatılaşdırılmış süd verilir. Bundan əvvəl
qatılaşdırılmış südün saxlanılması ilə bağlı problemlər olduğundan bu
ərzaq növü əsgərlərə lazımi səviyyədə çatdırılmırdı. Qida ilə bağlı
hələlik ciddi problemlər yoxdur. Çox təəssüflər olsun ki, insanlarımızın
çoxu ordu ilə bağlı tamam fərqli təsəvvürə malikdirlər. 

Bunun
əsas günahkarı da Müdafiə Nazirliyində bu kimi işə baxan adamların öz
səlahiyyətlərini lazımi şəkildə icra etməməsidir. Məsələn, hələ də həm
əsgərlərimiz, həm də sıravi vətəndaşlarımız elə bilirlər ki, verilən
ətin üzərinə yazılan invertar və yaxud digər qeydlər mütləq şəkildə onun
ilini göstərir. Xeyir, bu əsla belə deyil. Əsgərlərimizə bir neçə ilin
istehsalı olan ət məhsulları çatdırılır. Bu, normaldır. Amma bu rəqəm
bir-iki ili keçmir. Hər bir ölkə öz əsgəri, zabiti və müharibə şəraiti
üçün ehtiyat üçün ərzaq tədarük edir. Həmin ətlərin yararlılıq müddəti
müəyyən illər üçün nəzərdə tutulub. Onlar xüsusi soyuducularda
saxlanılır. Çünki mümkün deyil ki, sayı yüz minlərlə olan əsgər üçün hər
gün heyvan kəsilsin”.

Azərbaycan əsgəri nə yeyir?

Sonuncu
dəfə Azərbaycan Respublikası Silahlı Qüvvələri və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı
birləşmələrin şəxsi heyəti üçün yeni ərzaq payı normaları 2013-cü ildə
qəbul edilib. 

Ümumqoşun ərzaq payı norması isə aşağıdakı kimidir:


Döyüş şəraitində hesab olunan hərbi hissələrdə döyüş növbətçiliyi
aparan hərbi qulluqçulara – 15 qr. kərə yağı,  20 qr. şəkər, 1 qr. çay,
100 qr. 1-ci növ çörək;

–  Dəniz səviyyəsindən 1000 metr
yüksəklikdə yerləşən hərbi hissələrdə (bölmələrdə) həqiqi hərbi xidmət
keçən hərbi qulluqçulara – 20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ
çörək, 15 qr. kərə yağı;

– 1500 metr
yüksəklikdə yerləşən hərbi hissələrdə (bölmələrdə) həqiqi hərbi xidmət
keçən hərbi qulluqçulara – 20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ
çörək, 15 qr. kərə yağı, 20 qr qatılaşdırılmış şəkərli süd;


Daimi olaraq aerodromlarda, poliqonlarda , texniki və start
mövqelərində uçuş aparatlarına bilavasitə xidmət edən zabit , gizir və
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına 50 qr. ət və 20
qr. pendir;

– Təmənnasız qan verən donorlara (qan verdikləri gün) 45 qr. şokolad , 200 qr. təbii meyvə və giləmeyvə şirəsi , 50 qr. peçenye;


İonlaşdırıcı şüalanmaların orqanizmə təsiri şəraitində və tərkibində
zəhərli komponentlər olan  yanacaqla işləyən (xidmət edən) hərbi
qulluqçulara -50 qr. ət ,30 qr. kərə yağı, 100 qr. inək südü və 20 qr.
pendir;

– Xidmət vəzifələrini yerinə yetirərkən
həlak olan hərbi qulluqçuların ailələrinə birdəfəlik maddi yardım:
45-50  kq. düyü, 45-50 kq. şəkər tozu, 3 kq. çay,  20-25 kq. kərə yağı,
45-50 kq. 1-ci növ un;

– İş günü hesab olunmayan bayram günlərində normanın dəyərinin 30 faiz  həcmində əlavə ərzaq payı.

Yay
mövsümündə zəhərlənmə təhlükəsinin artdığını nəzərə alan həkimlər
əsgərlərin qidasında mühüm yer tutan məhsullardan zəhərlənməmək üçün
bunları tövsiyə edir: “Gündəlik istifadə edilən ət, toyuq, balıq kimi
tez xarab olan məhsulları saxlayarkən onların yanında keyfiyyətsiz
məhsulların olmamasına diqqət yetirilməlidir. Uzun müddət soyuducuda
saxlanan balıq əti oradan çıxarılandan az sonra istifadə olunmazsa,
artıq istifadəyə yararsız hesab olunur. Yaz, yay aylarında qızardılmış
və konservləşdirilmiş balığa nisbətən közləmə balıq daha təhlükəsiz hesab olunur”.

 Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=8392

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31