Dünya prezidentlərinin övladları… bir əli yağda, bir əli bağda
Kimi tikinti sektoruna girişib, kimi siyasətlə məşğuldur, kimi rok oxuyur
neçə vaxtdır ki, mətbuat eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut
Əliyevin işsizliyi ilə bağlı yazır. Bakı Kooperasiya Unversitetini
bitirən prezident oğlu daha sonra Binəqədi Rayon Hərbi Komissarlığı
tərəfindən hərbi xidmətə çağırılıb. O, Gəncədəki N saylı hərbi hissədə
xidmət edib. Qayıtdıqdan sonra bir müddət Türkiyədə yaşayan, orada
təhsilini davam etdirən Ərturqut hazırda işsizdir. Eks-prezident oğlu
verdiyi müsahibəsində dövlət işində çalışmaq istədiyini, lakin işə
götürülmədiyini bildirib.
dünyada prezident övladlarının həyat tərzi, işləri, karyeraları ilə
bağlı bir xatırlatma zərurəti yaratdı. “Yeni Müsavat” zaman-zaman dünya
prezidentlərinin övladları, onların pis vərdişləri, ya da yaratdıqları
qalmaqallar barədə yazıb. Bu dəfə isə onların iş durumu,
karyeralarındakı eniş-yoxuşlara nəzər saldıq.
Azərbaycandan başlayaq. Yazının girişində Ə.Elçibəyin oğlu barədə
yazdıq. Digər eks-prezident Ayaz Mütəllibovun oğullarını da yada saldıq.
Eks-prezidentin böyük oğlu Azad Mütəllibov 1962-ci ildə anadan olub.
İkinci oğlu Zaur isə 1970-ci ildə doğulub. Eks-prezidentin 21 yaşında
Tahir və 20 yaşında Mədinə adında iki nəvəsi var. 1992-ci ildə ataları
ilə birgə Moskvaya gedən övladları bir müddət orada yaşadıqdan sonra
Bakıya qayıdıblar.
digər ölkələrin prezident övladlarına. İraqın prezidenti olmuş Səddam
Hüseynin oğulları üçün heç bir qırmızı işıq olmayıb. Belə ki, onun böyük
oğlu Udey Hüseyn eyni vaxtda özünə 10 min bahalı maşından ibarət
kolleksiya düzəldir, İraqdakı istənilən qadına təcavüz edirdi. Qadınları
yoldan oğurlayır və Udeyin hüzuruna gətirirdilər. Onunla birgə olmaq
istəməyən qadınları isə öldürürdü. Deyilənə görə, qadınlara təcavüz
edəndən sonra Udey onların kürəyini adının baş hərfi olan “U” ilə
damğalayırmış. Bundan başqa, Udey hədsiz sadistliyi ilə də ad
qazanmışdı. Onun 2 köməkçisini ölümünə qədər döyməsi, habelə İraq
türmələrindəki işgəncələrdə şəxsən iştirak etməsi də yayılan xəbərlər
sırasındadır.
gizli polis idarəsi yaratmışdı və bu idarə müxalifətə qarşı amansız
aksiyalarla məşhur idi. Qardaşlar 2003-cü ildə Şeyx Nəvvaf Zeydanın
iqamətgahı güllələnən zaman orda ölüblər.
rəhbəri olmuş Müəmmar Qəddafinin 6 oğlu və bir qızı olub. Atasının
hakimiyyəti dövründə uşaqları rəhbərlikdə yüksək vəzifələr tutublar.
Onların idarəsində milyardlarla dollar və atalarının hüdudsuz
hakimiyyəti olub.
naziri Marqaret Tetçerin oğlu Mark Tetçer isə hər dəfə tarixə fərqli
qalmaqallarla düşüb. 2005-ci ildə 52 yaşlı biznesmeni Qvineyada
çevrilişə görə ittiham edərək 500 min dollar məbləğində cərimələdilər və
4 il şərti cəza verdilər.
alverinə, habelə iri dələduzluq faktlarına görə dəfələrlə ittiham
edilib. Anası Marqaret Tetçer isə onun haqqında aşağıdakı unikal sözləri
deyib: “Mark pulları o qədər çox sevir ki, eskimoslara qar, ərəblərə
qum sata bilər”.
və “Divar arxasında” kitabının müəllifi olub. Anasından bəhs edən
kitabda Kerol yazıb ki, “o, hər şeyi elə edirdi ki, sanki bir yarışa
çıxıb və mütləq finişə çatmalıdır. Ailə problemləri onu çox da
maraqlandırmırdı. Çünki çox soyuq ana idi”.
prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova da bizneslə
məşğul olub. O, ABŞ vətəndaşı Mənsur Məqsudi ilə evli olub. Gülnarənin
Mənsurla boşanma xəbəri vaxtilə beynəlxalq qalmaqal yaradıb. Mediada
atasının G.Kərimovaya cəza tətbiq etməsi, onu sarayda gizlətməsi, fiziki
təzyiqə məruz qoyması da yayılan xəbərlər arasındadır.
bir çox prezident övladları kimi xeyriyyəçiliklə məşğul olur. Öz
dizaynerliyi altında zərgərlik əşyaları, müxtəlif geyim kolleksiyaları
buraxır, mahnılar bəstələyir, klip çəkir. Bəzən özünü siyasətdə də
sınamağa çalışır, amma bu, atası tərəfindən dərhal sərt reaksiyaya səbəb
olur.
Kərimova əsasən xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur, mədəniyyətin
və idmanın inkişafına dəstək olur. O, biznesmen Timur Tillayevlə
evlidir. Qərb mətbuatının yazdığına görə, cütlük bir müddət öncə ABŞ-da
58 milyon dəyərində qeyri-adi malikanə alıb.
prezidenti Nikolay Timoftinin 3 övladı var. Aleksey və Ştefan adlı
oğulları ABŞ-da yaşayır. 33 yaşlı qızı Niku isə jurnalistdir, özəl bir
kanalda aparıcılıq edir.
Aleksandr Lukaşenkonun üçüncü, kiçik oğlu Kolya Lukaşenko atasını daima
respublika və beynəlxalq rəsmi səfərlərdə müşayiət edir. Deyilənə görə,
Lukaşenko 9 yaşlı Kolyanı digər iki oğlundan fərqli olaraq prezident
kimi görür.
Lukaşenko dövlət başçısının milli təhlükəsizlik üzrə köməkçisidir. Digər
oğlu Dmitri isə Milli Olimpiya Komitəsinin üzvüdür.
prezidenti Tomas İlvesin oğlu Luukas 2009-2010-cu illərdə orduda xidmət
edib. Daha sonra Müdafiə Nazirliyinin Analitik bölməsində işləyib.
2012-ci ilin yanvar ayından etibarən Dövlət Departametində beynəlxalq
məsələlər üzrə ekspert işləyir.
prezidenti Nursultan Nazarbayevin 3 övladı var. Onun böyük qızı Dariqa
bir müddət aktiv siyasətlə məşğul olub, “Asar” partiyasının lideri,
prezident partiyası “Nur Otan”ın sədr müavini olub. Əri ilə ayrılandan
sonra dövlət televiziyası olan “Xabar”dakı hissələrini satıb. Şayiələrə
görə, İsveçrədə yaşamağa gedib və 2012-ci ilin yanvarından etibarın
siyasətdədir. Deputat olub, parlamentin sosial-mədəniyyət komissiyasına
rəhbərlik edib. Neçə illərdir ki, atasının adına olan fonda rəhbərlik
edir. Bundan başqa, Dariqa müğənnidir, onun repertuarında rus
romansları, opera ariyaları, qazax xalq mahnıları var.
liderinin ortancıl qızı Dinara 1989-cu ildə Moskvada təhsilini
yekunlaşdırıb. 2011-ci ildə Mərkəzi Asiyada adı “Forbes”in milyarderlər
siyahısına düşən yeganə qadın statusunu qazanıb. Həmin vaxt onun maddi
sərvəti 1,3 milyard dollar olub. O, Qazaxıstan Milli Bankının
auksionerlərindən biridir. Prezidentin kiçik qızı Aliya da bizneslə,
elit evlərin tikintisi ilə məşğul olub. 2011-ci ildə bacılar özlərini
sənədli film industriyasında və təbiətin müdafiəsində sınamağa qərar
veriblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=8393