Hakimiyyətə yaxın deputatdan Rusiya açıqlaması

10.06.2014 - 09:44
“Azərbaycan Ermənistanın sırasında yer alaraq Kremlin ikinci forpostu olmaq mövqeyində deyil”

Rusiyanın
son vaxtlar postsovet məkanında aktivləşməsi fonunda Azərbaycan
cəmiyyətində belə bir rəy yaranıb ki, Azərbaycan Rusiyaya daha sıx
yaxınlaşır və rəsmi Bakının yeganə çıxış yolu budur. Ancaq Azərbaycan
prezidentinin timsalında heç də Moskvaya daha çox meyllənmə müşahidə
olunmur. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın qalmaqal
yaradan məlum son müsahibəsindəki bəzi fikirlərdən görmək mümkündür.

Bəzi siyasi ekspertlərin
fikrincə, prezident İlham Əliyevin Rusiyaya daha çox meyllənməməsi onun
şimal qonşumuzu dərindən tanıması, qədərindən artıq yaxınlaşmanın
müstəqil siyasət yürütməyə imkan verməyəcəyini bildiyi ilə bağlıdır. 11
ilə yaxın hakimiyyəti dövründə İlham Əliyev dəfələrlə bəyan edib ki,
müstəqil siyasət kursunu üstün tutur. Etiraf edilməlidir ki, praktikada
da bunu sübut edib. Azərbaycanın dövlət başçısı heç kimdən asılı olmaq
istəmir və müstəqil siyasət kursu bu istəyin təminatçısıdır.
Bu
mövzuda “Yeni Müsavat”a açıqlamasında hakimiyyətə yaxınlığı ilə tanınan
deputat Zahid Oruc da maraqlı fikirlər bildirib. Z.Oruc deyib ki, İlham
Əliyev müstəqil bir lider kimi ölkəsini yönləndirməyə iradəsi olan və
bu illər ərzində onu sübuta yetirən dövlət başçısıdır. Onun üzünü
tamamilə Moskvaya çevirdiyi barədə söylənilənlərin heç bir əsası yoxdur:
“Azərbaycan həqiqətənmi Rusiyayönümlü kurs götürüb? Son dövrlər ölkənin
xarici siyasət kursunda şimal qonşumuzun çəkisi ağırlaşıbmı? Biz Qərb
yönümündən imtinamı edirik və ümumiyyətlə, bu, balanslı siyasətin sonu
deməkdirmi? Azərbaycan bütövlükdə bu vasitə ilə Rusiyanın rəhbərliyi
altında və ya iştirakı ilə yaranacaq hər hansı qurumda özünə üstün yer
düzəltmək üçün Avropadan imtinamı edəcək? Bu kimi suallar son dövrlər
günün mövzusuna çevrilib. Düşünürəm ki, bunların əsası yoxdur. Həm də o
baxımdan bu mövzu tirajlandı ki, xüsusilə ABŞ səfirinin məlum
müsahibəsindən sonra hakimiyyət rəsmiləri haqlı olaraq Birləşmiş
Ştatların diplomatlarının ünvanına öz qınaqlarını söylədilər. Orada da
birmənalı bildirilmişdi ki, bizim ölkəmiz ABŞ-dan qəti şəkildə imtina
etmək, bütün əlaqələrə yenidən baxmaq, neft müqavilələrini təftiş etmək,
siyasi kursunda ABŞ-ı 4-cü yerə qoymaq niyyətində deyil”.
Z.Oruc
hesab edir ki, qarşıdakı dönəmdə hər hansı bir şəkildə Rusiya ilə
konfliktə getmədən, əlaqələrimizi normal saxlayaraq, hətta onu daha üst
səviyyəyə daşıyaraq, bununla bərabər heç bir halda öz müstəqil kursundan
çəkilmədən Qərb dövlətləri ilə də əvvəlki xətti davam eləməliyik:
“Hazırkı dövrdə bu bölgədə ya İsveçrə kimi tam neytral bir strategiya
sərgiləməlisən, ya da mühüm bir məsafə saxlayaraq, lakin iqtisadi-siyasi
maraqlara uyğun olaraq bu dövlətlərin hər biri ilə öz münasibətini
qurmalısan. Ona görə də mən hesab edirəm ki, Azərbaycan qəti şəkildə
Rusiya periferiyasına yaxınlaşmır, onun satellitinə çevrilmək xəttini
tutmur. Azərbaycan Ermənistanın sırasında yer alaraq Rusiya cinahından
ikinci forpost olmaq mövqeyində deyil. O cümlədən, Azərbaycan Qərbin də
platsdarmı olmaq mövqeyində deyil”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8395

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031