Eynulla Fətullayevin saytı məhkəməyə verilir

10.06.2014 - 10:15

Brilliant Dadaşova bu saytda təhqir olunduğunu iddia edir

Sayt xalq artistinin ABŞ-da ermənilərdən mükafat aldığını yazmışdı

Xalq artisti Brilliant Dadaşova jurnalist Eynulla Fətullayevin
rəhbəri olduğu “haqqin.az” saytını məhkəmə ilə hədələyib. Modern.az-ın
məlumatına görə, müğənni “haqqin.az”da özü haqqında yazılan
informasiyanı təhqir hesab etdiyini deyərək, bu barədə məhkəməyə
müraciət edəcəyini vurğulayıb:

“Amerikada mükafat aldıqdan bir gün sonra – Amerika Nyu-York
Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Münəvvər xanımın rəhbərliyilə
keçirilən 28 may Respublika günümüz münasibətilə bayram tədbirində
iştirak etdim. Öz doğma vətənimdə isə nə qədər mənim adımla özünə
reytinq qazanıb reklam olunmasını istəməsəm də – adını çəkməyə məcbur
olduğum “haqqin.az” bizim uğurumuza dərin yara vurdu. Məni şər-böhtanla
təhqir etdiyinə görə məhkəmə qarşısında cavab verməli olacaqlar! Çox
şükürlər olsun ki, hüquqi, demokratik ölkədə yaşayırıq”.

Qeyd edək ki, xalq artisti Brilliant Dadaşova bir neçə gün öncə
ABŞ-da təşkil olunan bir tədbirdə “Big Apple Awards” musiqi mükafatı
alıb. Mükafatlandırma mərasimində sənətçiyə 30 min dollar pul və
“Mercedes” markalı avtomobil hədiyyə edilib.

Haqqın.az saytında xalq artistinə həmin mükafatı ermənilərin verdiyi
iddia edilib. Bunu sözügedən yarışmanın idarə heyətində üç nəfər
erməninin olması ilə əsaslandırıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=8398

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31