Ermənilər Naxçıvan əməliyyatını etiraf etdi

10.06.2014 - 11:32

“Biz Azərbaycan tərəfinə PK-dan təxminən 400 güllə atdıq”.
Axar.az xəbər verir ki, bu informasiyanı Ermənistan mətbuatı yayıb.
Mətbuat iyunun 5-də iki nəfər erməni əsgərinin öldüyü postdakı şahidlərin açıqlamalarını yayıb. Hadisə şahidləri atəşkəsin erməni ordusu tərəfindən pozulduğunu dilə gətiriblər:”Biz öz postumuzdan 300-500 metr məsafədə Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan müşahidə avtomobillərini gördük. Avtomobilə təxminən 6-7 nəfər snayper əyləşdi. Ardınca isə biz PK-dan (Pulemyot Kalaşnikov) atəş açdıq. Avtomobilə doğru təxminən 400 güllə atdıq. Əsgərlər avtomobildən çıxdılar. Biz 3 nəfərin çıxaraq qamışlıqda gizləndiyini gördük. Qalanlarından xəbərimiz yoxdur”.
Qeyd edək ki, iyunun 5-də Ermənistan ordusunun iki əsgəri Naxçıvan istiqamətində Azərbaycan Ordusunun snayperlərinin gülləsinə tuş gələrək ölmüşdülər. Bundan üç gün öncə isə Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində Azərbaycan SQ-nin əsgəri Zaur Həsənli şəhid olmuşdu.
Onu da xatırladaq ki, 5 iyun hadisəsindən dərhal sonra Ermənistanın Müdafiə naziri Seyran Ohanyan ATƏT sədrinin şəxsi  nümayəndəsi Anjey Kaspirşiki nazirliyə dəvət edərək, Azərbaycanı atəşkəsi pozmaqda günahlandırmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=8404

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31