Əsgərdən rüşvət alan gizirə 6 il həbs verildi
Tərtər Hərbi Məhkəməsində rüşvət almaqda təqsirləndirilən hərbçinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Ədalət Məmmədov 2
il müddətinə məsul vəzifə tutmaq hüququndan və gizir rütbəsindən məhrum
edilməklə 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, Ə.Məmmədov gizir kimi çalışdığı hərbi hissənin
əsgəri Babək Abuzərovun məzuniyyətə getməsinə köməklik edib. O, hərbi
hissə komandiri qarşısında bununla bağlı vəsatət qaldıraraq, əsgərin
məzuniyyətə buraxılmasını xahiş edib. Bunun müqabilində B.Abuzərovdan
100 manat məbləğində rüşvət alıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=8407