Dünya Çempionatına yeni təhlükə
dəstəkləyən nümayişlərə qarşı göz yaşardıcı qazdan istifadə edib. Tətil
futbol üzrə Dünya Çempionatının açılışına üç gün qalmış ölkənin ən böyük
şəhərinin nəqliyyat sistemini iflic edib.
Tətil 4 ildən keçirilən Dünya Çempionatının cümə axşamı Braziliyada
baş tutacaq açılışınadək davam edə bilər. Həmin gün açılış matçında
Braziliya yığması Xorvatiya millisi ilə qarşılaşacaq. Oyun San-Paulunun
mərkəzindən 20 kilometr aralıdakı stationda olacaq.
Təxminən 150-ə yaxın tətilçi və onları dəstəkləyən nümayişçi mərkəzi
küçələrin birində zibil yeşiklərini yandırıb. Polis onları dağıtmaq üçün
göz yaşardıcı qazdan istifadə edib.
Nümayişçilər “Kubok olmayacaq, tətil olacaq!” şüarı səsləndiriblər.
Əmək haqlarında 12 faizlik artım tələb edən metro işçiləri hökumətin
təklif etdiyi 8.7 faizlik artımla razılaşmır. (amerikaninsesi.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=8409