Rusiya müharibənin başlayacağının anonsunu verdi

10.06.2014 - 12:44

Rusiyanın Kalininqrad vilayətində Qərb hərbi dairəsinin komandanlığı altında Baltik Donanması, Hava Desant Qoşunları və Hərbi Hava Qüvvələri hərbi təlimlərə başlayıb.
Axar.az xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Təlimlər NATO-nun Baltik dənizində həyata keçirdiyi “Saber Strike 2014” (Qılıncla zərbə) adlı təlimləri ilə eyni vaxtda başlayıb.
“Kalininqrad vilayətində keçirilən təlimlərə cəlb olunanların sayı NATO-nun hərbi təlimlərində iştirak edən şəxsi heyət, hərbi texnikaların sayına bərabərdir”, – deyə bildirilib.
Rusiyanın təlimlərində hərbi gəmi qrupları, hava desant qoşunları və dəniz piyadaları, hava hücumundan müdafiə birləşmələri, qırıcı-bombardmançı SU-34, Mi-24 vertolyotları və Tu-22M3 bombardmançıları iştirak edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=8413

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31