Ruslar Azərbaycanda hərəkətə başlayıb

10.06.2014 - 22:08

ABŞ
kəşfiyyatının leqal qurumu kimi tanınan “Stratfor” (buna CİA-nın kölgəsi
də deyilir) beyin mərkəzinin sədri Corc Fridman Polşadan başlayaraq
Azərbaycana qədər davam edən səfəri ilə bağlı məqalə ilə çıxış edib.

Publika.az məqalədə Azərbaycanla bağlı məqamları ixtisarla təqdim edir.
C.Fridman
bildirir ki, o, Polşadan başlayaraq Azərbaycana qədər səyahət edib:
“Səfər etdiyim ölkələrin çoxu mövqelərini yenidən qiymətləndirirlər.
Ümumi olaraq narahatlıq hissi hökm sürür. Polşada icmalçılar daha çox
bunu gizlətməyə çalışır. Türkiyə kimi böyük ölkədə isə daha açıq şəkildə
dilə gətirilir və Ukrayna nümunə kimi göstərilir. Lakin Polşa və
Azərbaycanda mən iki sual eşitdim: “Ruslar hərəkətə keçib?” və “Qorunmaq
üçün biz nə edə bilərik?”
C. Fridman hesab edir
ki, bundan sonra Rusiyanın Şərqi Avropaya müdaxilə çətinləşəcək: “Krımın
itirilməsi ilə nəticələnsə də, Ukrayna qərbyönümlü komanda hakimiyyətə
gəldi. Bölgənin ən zəif ölkəni olan Polşaya Barak Obama öz səfəri ilə
dəstək verdi. Həmçinin maddi-texniki baxımdan da, Polşaya müdaxilə
indiki məqamda Rusiyaya sərf etmir.
Rumıniya da Birləşmiş
Ştatların dəstəyini öz üzərində hiss edir. Baltikyanı ölkələrin NATO-nun
tərəfindədir. Anti-Qərb hökumət olan Belarusiya Moskvanın vəziyyətini
nəzərə alaraq onun düşmənləri tərəfə yan ala bilər”. 
“Stratfor”
rəhbəri hesab edir ki, Almaniya Şərqi Avropaya dəstək verərək Rusiyanı
qarşısına almaqdan çəkinəcək: “Bu hələ ki, belədir. Çünki Berlin Rusiya
qazından asılıdır. Bu baxımdan, bölgəyə ən unikal dəstək Birləşmiş
Ştatlardan gəlməlidir”.
C. Fridman qeyd edir ki,
ABŞ Qara Dənizdə də qüvvələrini cəmləşdirməlidir. “Bu həm Rumıniyanın
hərbi-dəniz qüvvələrini gücləndirər, Gürcüstanın müdafiəsini daha yaxşı
təşkil edər, Azərbaycandan keçən boru kəmərlərinin təhlükəsizliyini daha
yaxşı formada qoruyardı. Düzdür, Türkiyə Qara Dənizi döyüş meydanı kimi
görmək istəmir, amma regionda ABŞ-ın istənilən birlik strukturunda da
təmsil olunmağa razı olar”- deyə o bildirir.
“Stratfor”
rəhbəri ötən məqaləsində olduğu kimi, bu dəfə də Rusiya təzyiqinin
bölgə ölkələri arasında daha çox Azərbaycanın başı üzərində olduğunu
diqqətə çatdırır.

Short URL: http://www.cumhuriyyet.net/?p=8415

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31