“Karnegi” fondundan hakimiyyətə korrupsiya ittihamı

10.06.2014 - 22:49

“İlham Əliyev qanunverici hakimiyyəti tamamilə öz nəzarətində
saxlayır və bu, korrupsiya sistemini inkişaf etdirməyə böyük imkanlar
açır”

ABŞ-ın “Karnegi” fondu korrupsiyanın beynəlxalq təhlükəsizlik üçün böyük təhdid olması haqda təhllilə çıxış edib.
Təhlildə
göstərilir ki, korrupsiya beynəlxalq sabitliyə ciddi təhlükədir:
“Sistemli korrupsiya dünyaya böyük təhlükə kimi qiymətləndirilməlidir.
Sistemli korrupsiya heç də hakimiyyət strukturlarının səhv, ya da
səriştəsiz siyasəti ilə bağlı deyil. Bu, dövlət hakimiyyətindən istifadə
edərək başlıca gəlir mənbələrini nəzarətdə saxlamaq üçün aparılan
siyasətdir. Məhz sistematik korrupsiya əhali arasında ciddi sosial
gərginliyə səbəb olur və bəzi hallarda üsyanlarla nəticələnir.
Korrupsiya həyatın ən müxtəlif sahələrində çox ciddi problemlərlə
nəticələnir. Bəzi hallarda qərb siyasətçiləri təhlükəsizlik və strateji
müttəfiqlik münasibətlərini nəzərə alaraq korrupsiyaya qurşanmış
hökumətlərlə münasibətləri davam etdirirlər. Bu isə korrupsiyanın
beynəlxalq təhlükəsizliyə təhdid riskini daha da artırır. Son illərdə
bəzi ölkələrdə mövcud olan korrupsiyanın hədsiz səviyyəsi Tunis,
Qırğızıstan və Ukrayna kimi ölkələrdə hökumətlərin devrilməsi ilə
nəticələnib. Təəssüf doğuran amil ondan ibarətdir ki, qərb ölkələri
kleptokratiyanın (oğruların hakimiyyəti – red.) mövcud olduğu ölkələrin
hökumətlərinə qarşı ciddi tədbirlər görmürlər. Ayrı-ayrı ölkələrdə
mahiyyətcə eyni, formaca fərqli korrupsiya sistemləri mövcuddur. Bəzi
ölkələrdə bir neçə şəbəkədən ibarət korrupsiya sistemi olur.
Digərlərində isə bir ailənin rəhbərlik etdiyi korrupsiya sistemi olur.
Azərbaycan, Əlcəzair, Anqola, Kamerun kimi ölkələrdə müxtəlif
şəbəkələrdən ibarət olan korrupsiya sistemi mövcuddur. Azərbaycanda
prezident İlham Əliyev və onun rəhbərlik etdiyi hakim partiya
qanunverici hakimiyyəti tamamilə öz nəzarətində saxlayır və bu, onlara
korrupsiya sistemini inkişaf etdirməkdə böyük imkanlar açır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8420

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031