Putinə qalib gəlməyin yolu
“Rusiya prezidenti Vladimir Putinlə bacarmaq üçün ABŞ prezidenti Barak
Obamaya ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın dərslərini keçmək
lazımdır”. Bu haqda “Wall Street Journal” qəzeti məqalə hazırlayıb.
ANS PRESS-in məlumatına görə, o bildirib ki, bu ay Ronald Reyqanın
vəfatının 10 iliyidir: “Bu keçən vaxtda xeyli sənədlər açılıb və
Reyqanın SSRİ-yə qarşı mübarizəsinin detalları aydın olur. Reyqanın
etdiklərini öyrənmək Obamaya faydalı olardı. Birinci dərs odur ki,
Reyqanın uzunmüddətli strategiyası vardı. Hələ 1980-ci ildə Reyqan
prezidentliyə respublikaçılardan iddiaçı olmaq istəyəndə onun
məsləhətçisi soruşub ki, “Ron, axı siz niyə prezident olmaq
istəyirsiniz?” Reyqan cavab verib ki, “Soyuq Müharibəyə son qoymaq
istəyirəm”. Bir neçə il əvvəl bu fikri o, daha aydın ifadə etmişdi:
“Biz qalib gələcəyik, SSRİ uduzacaq”.
“Wall Street Journal” yazır ki, Reyqan SSRİ tərəfdən daha çox çətinliklə
üzləşirdi, çünki hazırki Rusiya ordusu o vaxtki SSRİ ordusunun 4-də
1-dir. Rusiya ordusunun nüvə gücü Sovet Ordusunun nüvə gücünün 5-də
1-dir. Rusiya iqtisadiyyatı İtaliya iqtisadiyyatı boydadır.
Rusiyada insanlarını birləşdirə bilən bir ideya yoxdur. Putin, faktiki olaraq, əlində elə bir vasitə olmadan işləyir.
Qəzet hesab edir ki, Reyqan “güc vasitəsilə sülh” doktrinasını
yeridirdi. O həmçinin “ideyalar müharibəsinə” başladı. Məqsəd Sovet
sisteminin legitimliyini laxlatmaq idi. Reyqanın SSRİ-yə dediyi “İblis
imperiyası” da bu ideoloji müharibənin tərkib hissəsi idi.
Qəzet onu da xatırladır ki, Reyqan həmişə haqlı mövqedə olmağa
çalışırdı. 1986-cı ildə Reykyavikdə SSRİ lideri Qorbaçovla danışıqlarda
Reyqan möhkəm dayanmışdı, güzəştə getmirdi, çünki o, elə edirdi ki,
həmişə haqlı mövqedə olurdu.
Short URL: http://www.cumhuriyyet.net/?p=8421