Müəlimlər institutunun Qazax filialında korrupsiya tüğyanı
korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çərçivəsində Azərbaycan
Müəllimlər İnstitutunun Qazax filialında şıdırğı alverin başlanması
haqqında rayon ictimaiyyəti arasında rezonans yaranıb. Filialın
direktoru Afaq Qasımovanın tələbələrlə haqq-hesabını mərkəzləşmiş
qaydaya əsasən aparmasını əmkdaşımıza filalın aparıcı müəllimlərindən
biri söyləyib. Həmin fikri söyləyən müəllim hazırda “oyundan” tam kənar
vəziyyətdədir. Mərkəzləşmiş qayda dedikdə, hazırkı yay imtahan
sessiyasında hər tələbədən yığılan 300-500 AZN manatının yalnız
direktorun “anbarına” mədaxil olunmasından söhbət gedir. Müəllimlərə isə
sonda yüngül faiz ödənilir. Məlumatı verən mənbvə onu da vurğulayıb ki,
“xanım direktorun sağ əli tədris işləri üzrə direktor müavini Məmməd
adlı şəxsdir. Haqq-hesabın uçotunu o aparır. Hələ, Afaq Qasımova Gəncədə
işləyərkən belə işlərin mahir ustası olub”. Sonda müəllim onu da
bildirib ki, “belə vəziyyət yolu yaxın olmuş İsa Veyisovun dövründə də
olmayıb. Belə ki, səs-səmir çıxmasın deyə, Afaq Qasımova imtahanlar
başlayan gündən filialın darvazasını bağlatdıraraq, bir nəfər kənar
şəxsi də içəri buraxdırmır. Qorxurlar ki, əllərində rüşvət tutular”.
darvazasını bağlatdıraraq giriş-çıxışı qadağan edib. Binanın uc
hissəsində kol-kos basmış şəhid bulağı su üzünə həsrət qalsa da, yəqin
ki, Afaq Qasımova özünü nə puılsuz, nə də susuz qoymaz…
Short URL: http://www.cumhuriyyet.net/?p=8427