Azərbaycanın biznesmen icra başçıları

11.06.2014 - 00:51

Balıq
iyi verən partnomenklatura hansı məqsədlərlə formalaşdırılır?

Ötən
illərin hadisələri – Quba və İsmayıllı üsyanları, bundan sonra mediada yer alan
faktlar onu göstərdi ki, Azərbaycanda icra başçısı dövlət məmuru olmaqdan daha
çox biznesmen imiş. Ümumiyyətlə, Azərbaycanın bütün dövlət məmurları biznes
adamlarıdır, amma prezidentin şəxsi təmsilçisi olan icra başçılarının da biznes
adamları olması son nəticədə Quba sindromunu yaradır. İcra başçısının hansı
bizneslə məşğul olması, bunun qanuna uyğunluq dərəcəsi cəhənnəmə, amma
biznesmen məmurlar biznes maraqlarına qulluq etdikləri üçün zülm və zillət çəkirlər.

Bəs
daha hansı icra başçıları biznes adamları olaraq dövlət qulluğuna daxil
olublar? Əslində, elə bir icra başçısı yoxdur ki, rəhbərlik etdiyi rayonu biznes
obyekti kimi mənimsəməsin. Amma bioqrafiyasında biznesmen tarixçəsi olan icra
başçılarının daha biznesmen olmadıqları heç bir əsas və məntiqlə inkar edilə
bilməz.

Hər
halda, biznesmen icra başçılarının fəsadlarını bir kənara qoyub onların
sırasına nəzər salaq.

 

 

Parlayan
Yıldızın işığı ilə Şamaxıya

Məmmədov
Asif Salaman oğlu- 1962-ci ildə Lerik rayonunda anadan olmuşdur. 1984-cü ildə
Ç.Ildırım adına Azərbaycan Politexnik Institutunu mühəndis-mexanik ixtisası üzrə
bitirmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə Lerik rayon Mərkəzi kitabxanasında
salon müdiri kimi başlamışdır. Sonralar “Əzizbəyovneft” və H.Z.Tağıyev adına
NQÇI-lərində iş icraçısı, rəis müavini, rəis vəzifələrində çalışmış,
“Kaspi-Yıldız” Azər-Türk MM-də baş direktor, idarə heyətinin sədri, Əzizbəyov
rayon Icra Hakimiyyətində RIHB-nın müavini, 2006-cı ildən 21 aprel 2011-ci il
tarixədək isə Balakən rayon Icra Hakimiyyətinin başçısı

vəzifəsində
işləmişdir. “Kaspi-Yıldız” xalq arasında Kəmaləddin Heydərovun adı ilə bağlanan
özəl müəssisədir. Yanğınsöndürmə təsərrüfatı üçün aparatlarla məşğuldur.

21
aprel 2011-ci il tarixdən Şamaxı Rayonu Icra Hakimiyyətinin başçısıdır. YAP-nın
üzvüdür.

 

Bu
adamın əmək kitabçası itmişdir

Elxan
Zabir oğlu Usubov 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan
olmuş, orta təhsilini də orada almışdır. Ixtisasca mühəndis-elektrik və
iqtisadçıdır. Onlarla səmərələşdirici və elmi təklifin müəllifidir.

Əmək
fəaliyyətinə Şəkidə başlamış, sonralar biznes fəaliyyəti ilə məşğul olmuşdur.
2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon Icra
Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmişdir.

2011-ci
il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər
Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

IH-nin
rəsmi saytında qeyd edilir: “sonralar biznes fəaliyyəti ilə məşğul olmuşdur”.
Amma buradan dəqiq bilinmir ki, “sonralar” nə deməkdir və nə zaman başa çatır.
Görünür, bu “sonralar” başa çatmayıb.

 

1989-dan
2007-yə qədərki “ozon dəliyi”

Məmmədov
Mənsur Həmzə oğlu, 20.04.1965-ci ildə Ucar rayonunun Qazıqumlax kəndində anadan
olmuşdur. 1989-cu ildə Azərbaycan Politexnik Institutunun mühəndis-texnoloq
ixtisası üzrə bitirmişdir. 14 dekabr 2007-ci ildən Göyçay rayon icra hakimiyyətinin
başçısı vəzifəsinə təyin edilmişdir. Mənsur Məmmədov 2007-ci ilə qədər Zərdabda
da icra başçısı vəzifəsində işləyib. Bundan əvvəl deyəsən, avtovağzaldamı,
haradasa başqa bir yerdəmi, işləyib. Ondan daha əvvəl isə Moskva bazarlarında
ticarət işləri ilə uğraşdığı haqqında söhbətlər var.

 

Sovet-Türkiyə
müəssisələrindən qalan nostalji

Lerik
Rayonu Icra Hakimiyyətinin Başçısı Bağırov Rövşən Elmidar oğlu 28.11.1983-cü
ildə Əzizbəyov adına Neft-Kimya Institutunu “Əməyin mühafizəsi”Гїixtisası üzrə
bitirib. Sonra əsgərlikdən qayıdıb həmin fakültədə laborant, institutda
mühasib-filan işləyib. Bir ara komsomolla məşğul olub.

Tale
1991-ci ildə onu “Gənclik” adlı sovet-türk birgə müəssisəsində mühasib vəzifəsinə
atıb. Buradan isə “Amal” adlı kiçik müəssisənin baş mühasibi vəzifəsinə keçib.
Sonra daha iri maliyyə mərkəzlərində “Yelmarbank”da (1995-96), “Debütbank”da
(1994-2003) yarımməsul vəzifələrdə işləyib. Indi Lerikdə icra hakimiyyətinin
başçısıdır.

 

Hislənmiş
balıqlardan “Caspian Fish”ə

Salyan
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov 1961-ciГї ildə Naxçıvan Muxtar
Respublikasının Sədərək kəndində anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı
Institutunu bitirib.

31.10.1979
– 22.11.1981-ci illərdə hərbi xidmətdə olub. Əsgərliyə getməmişdən əvvəl 10 ay
Azərbaycan SSR Mənzil Kommunal Nazirliyinin Mənzil Kommunal kontorunda əmtəəşünas
vəzifəsində çalışıb. Amma əsgərlikdən qayıdandan sonra həmin Nazirliyin
Kommunal kontorunda fəhlə kimi işə başlayaraq 3-cü dərəcəli çilingər, əmtəəşünas,
iqtisadçı, şöbə rəisi, mühasib, baş mühasib vəzifələrində işləyib. 1991 –
1995-ci illərdə “Ümid” Istehsalat Assosiasiyasının Prezidenti olub. 22.08.1995
– 29.03.2001-ci illərdə H.Z. Tağıyev adına Balıqhisləmə zavodunun direktoru vəzifəsində
çalışıb. 03.04.2001 – 30.12.2002-ci illərdə “Caspian Fish” LTD şirkətinin baş
direktoru vəzifəsində işləyib.

01.01.2003
-16.02.2006-cı illərdə H. Z. Tağıyev adına Balıqhisləmə zavodunda direktor və
idarə heyətinin sədri vəzifələrini icra edib. 06.02.2006 – 18.02.2011-ci illərdə
Daşkəsən rayon Icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 18. 02. 2011-ci
il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Salyan rayon
Icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Onun
Salyana icra başçısı qoyulmasının balıq təsərrüfatı ilə əlaqəsi olmaya bilməz.

 

Əmək
kitabçası itmiş daha bir IH başçısı

Xəzər
Rayon İcra Hakimiyyətinin Başçısı İslamov Gülağa Bayram oğlu (25.01.1995
tarixindən)

19
dekabr 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsillidir, Poltava
kooperasiya Institutunun Əmtəəşünaslıq ixtisasını bitirmişdir. Ailəlidir. Qeyd:
IH-nin rəsmi saytında əmək fəaliyyəti ilə bağlı məlumatlar yazılmayan
başçıların əmək kitabçalarının itdiyini ehtimal etmək ən kəsə yoldur.

 

Kafe
müdirinin müavini və… icra başçısı

Mahir Hacı
oğlu Quliyev, Biləsuvar RIH-nin başçısı 28 noyabr 1958-ci ildə Kəlbəcər
rayonunda anadan olmuşdur. 2000-ci ildə Bakı şəhərində “Naxçıvan”
universitetinin Inzibati Idarəetmə ixtisasını bitirib. 1975-1976-cı illərdə Kəlbəcər
rayon kolxoz tikinti idarəsində fəhlə, 1976-cı ildə “Yenilik” qəzeti mətbəəsində
mürəttib, 1976-1977-ci illərdə Kəlbəcər rayon Istehlak cəmiyyətində satıcı,
1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1980-1981-ci illərdə “Azərnəqliyyat”
tikinti trestində usta, 1981-2005-ci illərdə “26 Bakı Komissarı” adına rayonun
Ictimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran
müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 08.09.2006-cı
ildən 26.04.2011-ci ilədək Astara rayon Icra Hakimiyyətinin Başçısı vəzifəsində
işləmişdir. 26.04.2011-ci il tarixdən Biləsuvar Rayon Icra Hakimiyyəti Başçısı
vəzifəsində işləyir.

YAP-nın
bütün qurultaylarında iştirak etmişdir.

 

Məxfi həyat
yolu ilə IH aparatına

İsayev
Vidadi İsa oğlu Azərbaycan Respublikası Prezidentinin 03 mart 2011-ci il
tarixli sərəncamı ilə Bərdə rayon Icra Hakimiyyətinin başçısı təyin edilmişdir

Bərdə
rayonunun strateci əhəmiyyəti nəzərə alaraq bu vaxta qədər keçdiyi həyat yolu məxfi
saxlanılır.

 

Komsomaldan
MTN-ə gedən yol

Məlumat
üçün bildirək ki, Məmmədov Raqub Allahverdi oğlu 1961-ci il avqust ayının 9-da
Ağdam rayonu Xıdırlı kəndində anadan olub. Xıdırlı kənd orta məktəbində oxuyub.
1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı institutuna daxil olub. Ali təhsilini
başa vurduqdan sonar 1983-1986-cı illərdə Ağdam Rayon “İnqilab” üzümçülük
sovxozunda mühəndis kimi fəaliyyət göstərib. 1986-1987-ci illərdə Azərbaycan
Lenin Kommunist Gənclər İttifaqı Ağdam Rayon Komitəsində İkinci katib,
1987-1991-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində Birinci katib,
1991-1992-ci illərdə Azərbaycan Respublikası Gənclər Birliyi Ağdam rayon təşkilatında
sədr vəzifəsində çalışıb. 1993-2014-çü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik
orqanında xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü
il tarixli, 394 saylı Sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə
təyin edilib.

Aqrar məsələlər
üzrə mütəxəssis komsomolçunun birdən birə MTN strukturuna necə yol tapması isə
müəmmalıdır.

 

 

***

Bunlar IH
başçılarının bir neçəsi haqqında rəsmi bilgilərdir. Azərbaycanda Dövlət Idarəçilik
Akademiyası adlı ali məktəb fəaliyyət göstərir. Hər il oranı çoxlu sayda
adamlar bitirir. Amma bizim icra başçıları hələ də Sovet “partşkolası”nı bitirənlər
və ya balıq biznesindən başı çıxanlar arasından seçilir. Niyə? Ona görə ki, işlədikləri
rayonlarda beş-altı villa özləri, beş-altısını da daha iri “dövlət məmurları”
üçün tikib istifadəyə versinlər. Ən azı bu qədər.

Short URL: http://www.cumhuriyyet.net/?p=8430

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31