Türkiyə Mosul və Kərkükə ordu yeridəcək?

11.06.2014 - 01:54
Türkiyənin Kərkük və Mosul üzərində qanuni haqqının
təmininə  beynəlxalq hüquq da yol verir

 
Mosul “İraq və Lavantə İslam dövləti” yaraqlılar tərəfindən ələ
keçirildikdən sonra Türkiyənin İraqda, Mosul və Kərkükdəki haqları ilə
bağlı məsələ yenidən gündəliyə gəlib. Türkiyənin “Yeniakit” saytının məlumatına görə,
Mosul əhalisi İraqın şimalına, Duhok və Ərbilə doğru qaçıb. Məlumata
əsasən,  yaraqlılar Mosulun ardınca Kərkükə də girə bilər.

Mənbə xatırladıb ki, 1926-cı ildə imzalanmış İstanbul anlaşmasına
əsasən, Türkiyə Kərkük və Mosulu İraqın ərazi bütövlüyünün saxlanması
şərti ilə tərk edib. Odur ki, İraqın ərazi bütövlüyü pozulduğundan, ölkə
torpaqları qanunsuz silahlı qrupların nəzarəti altına keçdiyindən
Türkiyənin bölgə üzərində haqları gündəliyə gəlib.

Məlumata görə, Türkiyənin Kərkük və Mosul üzərində qanuni haqqının
təmininə  beynəlxalq hüquq da yol verir. Başqa sözlə Türkiyə istəsə, o
zaman Kərkük və Mosuldakı haqlarını gündəmə gətirərək, şəhəri nəzarət
altına ala bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8435

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031