Məhkumluğu bitən hüquq müdafiəçisi işsizdir

11.06.2014 - 02:18

Vaxtından əvvəl azadlığa buraxılmış hüquq müdafiəçisi İlham Əmiraslanovun şərti məhkumluq müddəti də bitib.

Sabirabad rayonunun Əsgərbəyli kəndinin sakini olan İlham Əmiraslanov
2010-cu ilin yazında baş vermiş çay daşqınlarının yaratdığı problemlərin
həlli, daşqınlardan ziyan çəkmiş vətəndaşlara hüquqi yardım
göstərilməsi istiqamətində fəaliyyət göstərib, “Kür” Vətəndaş Cəmiyyəti
Qərargahının üzvü olub. 2012-ci il iyunun 8-də tutulub, qanunsuz silah
saxlamada təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.
2013-cü il noyabrın 28-də vaxtından əvvəl azadlığa çıxıb.

“Media forum” saytına açıqlamasında İlham Əmiraslanov bildirib ki, onun 6
ay 10 günlük şərti məhkumluğu 2014-cü il iyunun 8-də bitib: “Bu müddət
ərzində 10 gündən bir Sabirabad Rayon Məhkəməsinə gedib sənədə imza
atırdım – yaşayış yerimi dəyişmədiyimi, rayonda olduğumu bildirmək üçün.
Axırıncı dəfə iyunun 5-də qol çəkmişəm”.

İlham Əmiraslanov qeyd edib ki, hələ də işsizdir: “Müraciət etməyin
mənası yoxdur. Bir kursunu bitirdiyim Anadolu Universitetinə illik
təhsil haqqını ödəyə bilmədiyim üçün təhsilim də yarımçıq qaldı. Başqa
işlərim də maliyyə imkanım olmadığı üçün yarımçıq qalıb. Güclə
dolanıram, gəlir yerim yoxdur.

Ölkədən harasa getmək məsələnin həlli deyil. Əslində harasa getmək
problem deyil, lap borc-xərc edib, evi-eşiyi satıb gedərsən. Amma
istəmirəm. Fikrim yoxdur. Hər gün başıma gələnləri fikirləşdikcə dəhşətə
gəlirəm. Repressiya bizim kəndə də gəldi çatdı. Etmədiyim cinayətə görə
zindan həyatı yaşadım.

Kəndlilərim də ağır vəziyyətdə yaşayır. Əkin-biçin gəlir gətirmir.
Toxumu 40 qəpiyə alıb, məhsulu 25 qəpiyə satırlar. Həbs olunmamışdan
əvvəl həyətyanı sahədə yonca əkmişdim. Onu biçib satıram, bir az anam
pensiyası ilə kömək edir, bir az da qardaşım. Sürünürəm, buna dolanıram
demək olmaz.

Həbs olunduğum vaxt üzərimdən götürülən mobil telefon yaxınlarıma
verilməli idi. Bu, məhkəmə qərarında da var. İki ildən çox vaxt keçib,
hələ telefonu qaytarmayıblar. Ancaq haqsız yerə 218 manat ekspert
xərcini mənə ödətdirdilər”.

İlham Əmiraslanov səhhətinin də yaxşı olmadığını deyib: “Həbs olunduğum
vaxt işgəncəyə məruz qalmışdım. Sol qulağımın pərdəsi deşilmişdi. Maddi
imkansızlıqdan həkimə də gedə bilmirəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8437

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031