Şəmsiyyə Bəylərqızına mobil telefona görə əlavə cəza verildi

11.06.2014 - 02:21

Sabunçu rayon Məhkəməsində həbsxanaya qanunsuz əşya keçirməkdə
günahkar bilinən Şəmsiyyə Bəylərqızının işi üzrə məhkəmə keçirilib. Teleqraf.com-un
xəbərinə görə, Şəmsiyyə Bəylərqızı Əfşar Süleymaninin 741 min ABŞ
dolları məbləğində pulunu mənimsəyib. Bundan əlavə, cinayət işi üzrə
daha bir neçə zərərçəkmişin də olduğu qeyd edilib.
İranın
keçmiş Azərbaycan səfiri Əfşar Süleymaninin şikayəti əsasında Şəmsiyyə
Bəylərqızı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham
edilib. Şəmsiyyə Bəylərqızı sabiq İran səfiri ilə ailə qurduğunu və
ondan oğlu olduğunu bildirsə də, Əfşar Süleymani qadının onun
etimadından istifadə edərək pulunu mənimsədiyini iddia edir. Şəmsiyyə
Bəylərqızı Əfşar Süleymaninin şikayəti əsasında Daxili İşlər
Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən
tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü
ilə 10 il müddətinə azadlıqdan məhrum edilən Şəmsiyyə Bəylərqızı
saxlanıldığı Bakı istintaq təcridxanasına qanunsuz əşya saxlayıb. Onun
saxlanıldığı kameraya Pentensiar Xidmətin əməkdaşları baxış keçirilib.
Baxış zamanı kameradan Şəmsiyyə Bəylərqızına məxsus mobil telefon və
digər əşyalar tapılıb. 
Buna görə də Şəmsiyyə
Bəylərqızının barəsində Cinayət Məcəlləsinin 317-2.2-ci (Cəzaçəkmə
müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs
tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması,
gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham edilib.
Sabunçu rayon Məhkəməsinin hökmü ilə Şəmsiyyə Bəylərqızı 1 il müddətinə
azadlıqdan məhrum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü də
birləşdirilərək, Şəmsiyyə Bəylərqızını barəsində 11 il müddətinə
azadlıqdan məhrum etmə cəzası saxlanılıb. 
Şəmsiyyə
Bəylərqızının vəkili Tərlan Azayev Teleqraf.com-a deyib ki, hökmdən
narazı qalıblar. O, Sabunçu rayon Məhkəməsinin hökmündən apelyasiya
şikayəti verdiklərini deyib. 

Tərlan Azayev
həmçinin əlavə edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən
verdikləri şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Onun sözlərinə
görə, Şəmsiyyə Bəylərqızının barəsində bəraət hökmü çıxarılmasını
istəyiblər. Lakin hökm dəyişdirilməyib. Vəkil həmin qərardan Ali
Məhkəməyə şikayət edilcəklərini deyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8438

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30