Mingəçevir su anbarı ilə bağlı qorxunc xəbərdarlıq
Ən böyük su anbarı ilə bağlı
təhlükəli gəlişmələr
Ən böyük su anbarı ilə bağlı
təhlükəli gəlişmələr
Qurban Yetirmişli: “Su hövzəsinin altında zəlzələ
ocağı yerləşir”; Azərbaycanda zəlzələ ocaqlarının təhlükəli həddə
aktivləşməsi müşahidə olunur; Seysmoloji Xidmət Mərkəzi rəhbərinin
birdən-birə Mingəçevir su anbarında yaranmış vəziyyəti gündəmə gətirməsi
haqlı suallar yaradır
günlər Azərbaycanda zəlzələ ocaqlarının daha da aktivləşməsi müşahidə
olunur. Sonuncu belə zəlzələ iyunun 7-də Xəzərin Azərbaycan sektorunda
baş verib. Rəsmi məlumata görə, yeraltı təkanın maqnitudası 5.6 bal,
dərinliyi 61 km olub. Zəlzələ Bakıda 3 bal gücündə hiss olunub.
Respublika Seysmoloji Xidmət Mərkəzi açıqlama verərək zəif
“aftoşok”ların davam edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
10-da isə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban
Yetirmişli gözlənilmədən Bakıda deyil, Mingəçevirdə baş verə biləcək
zəlzələnin fəsadları haqda danışıb. Elektron media və bəzi
telekanalların veb-saytları bu açıqlamanı “Mingəçevirdə zəlzələ
xəbərdarlığı” kimi başlıqla yayıblar. Razılaşaq ki, zəlzələ üzrə
yetkilinin birdən-birə Mingəçevir su anbarında yaranmış vəziyyəti
gündəmə gətirməsi haqlı suallar yaradır.
açıqlamasında deyib ki, Mingəçevir su anbarının ərazisi aktiv seymik
zonadır. “2010-u ildə Kür daşqınları nəticəsində Mingəçevir anbarında su
məcrasından çıxan hövzənin qarşısını almaqla suyun axınının səviyyəsini
aşağı salmışdılar. Həmin dövrdə seysmiklik artmağa başladı. Çünki həmin
hövzənin altında zəlzələ ocağı yerləşir və həmin ərazi seysmogen
ərazidir” deyən, mərkəz direktoru Mingəçevir su anbarında çoxdan
problemlər olduğunu vurğulayıb: “Orada kompleks tədqiqatlar aparmaq
lazımdır. Su anbarında monitorinq sistemi qurulmalıdır”
Muğan, Şirvan düzlərindəki ərazilərin suvarılmasında, eyni zamanda
əhalinin elektrik enerji ilə təminatında xüsusi rolu olan Mingəçevir su
anbarı çoxdandır ki, aktiv seysmik obyekt kimi qiymətləndirilir. Belə
ki, mütəxəssislər Mingəçevir hövzəsinin altında zəlzələ ocaqları
yerləşdiyindən hövzədə suyun miqdarı artdıqca, onun seysmik fəallığının
da artdığını vurğulayırlar. Xüsusilə Mingəçevir ərazisində zaman-zaman
yeraltı təkanların olmasını nəzərə alsaq, su anbarını ciddi təhdid
mənbəyi hesab etmək olar. Ən təhlükəli məsələ odur ki, su anbarında baş
verə biləcək hər hansı hadisə ölkənin böyük ərazisinin su altında
qalmasına səbəb ola bilər.
Qeyd
edək ki, yaz aylarında Mingəçevir su anbarındakı seysmiklik təhlükəli
həddədək artır. Çünki yaz aylarında çaylarda suların artması ilə anbarda
da suyun həcmi artır.
SSRİ dövründə kifayət qədər yüksək seysmik dayanıqlığa dözümlü tikilib.
Mingəçevirin özü 8 ballıq zonaya düşür. Anbarın yükgötürmə qabiliyyəti
18 milyard tondur. Ancaq orada kritik hədd də var ki, suyu ondan artıq
doldurmaq olmaz. Rəsmi qurumlar dəfələrlə bəyan ediblər ki, təlaşlanmağa
ehtiyac yoxdur, çünk Mingəçevir su anbarındakı suyun həcmi
tənzimlənir. Yəni kritik həddin keçilməsinə yol verilmir, kanallarla
buraxılır.
zəlzələ ocaqlarını fəallaşdıra və tezləşdirə bilər. Mütəxəssislər iddia
edir ki, əgər su anbarında su müəyyən edilmiş 86 metr həddən artıq
olsa, çoxdan güclü olmayan yeraltı təkanlar Azərbaycana dəhşətli fəlakət
gətirə bilər. Ələtdən Lənkəranacan böyük bir ərazi su altında qalmaq
təhlükəsi ilə üzləşər.
1953-cü ildə tikilib və hazırda ölkə enerjisinin təxminən 70 faizini bu
SES təmin edir. Bəzi məlumatlara görə, 2010-cu il daşqınlarından sonra
Mingəçevir su anbarında sızmalar daha çox müşahidə edilməkdədir. Bu yaz
xüsusilə Gürcüstanda havaların yağmurlu keçməsi Kürdə sululuğu artırıb
ki, bu da anbarda həcmə təsir göstərib.
əlaqə saxladığımız şəhər sakinləri “zəlzələ xəbərdarlığı bizə də çatıb”
desələr də, xüsusi gərginlik olmadığını bildiriblər. “Zəlzələ Allahın
işidir. Amma vallah, bu su anbarı axırımıza çıxacaq. Hökumət gərək
təcili tədbirlər görsün” deyə bildiriblər.
Akademiyasının Geologiya İnstitutunun məlum səbəblərdən adını
açıqlamayan əməkdaşı isə “Yeni Müsavat”ın bu mövzuda sorğusuna ilginc
cavab verib. O deyib ki, Mingəçevir SES-də yaranmış vəziyyət Seysmoloji
Xidmət Mərkəzinin xəbərdarlığından daha ciddidir. “Oranı Bakıdan da
xüsusi komissiya dəfələrlə yoxlayıb. Problem ondadır ki, ucuz elektrik
enerjisi istehsalı üçün anbarda suyun həddini nəzərdə tutulduğundan
artırırlar. Əsas təhlükə də budur. Ola bilsin ki, mərkəzi hakimiyyətdə
bunun təfərrüatlarından xəbərsizdirlər” deyə, mənbəmiz bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=8440