Müdafiə Nazirliyinin “işverən” idarəsi

11.06.2014 - 11:58

.#sthash.pMoJalti.dpuf

“…Müdafiə Nazirliyinin hərbi hissələrinin birində əsgər intihar edib. O tabeliyində olan avtomat silahdan açılan atəşlə dünyasını dəyişib. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır”. Artqı bu kimi acı xəbərləri oxumağa öyrəşmişik. Amma bu qara xəbərlər bitmir ki, bitmir. Hərbi ekspertlərdən biri vaxtilə bildirmişdi ki, orduda intihar hallarına birbaşa məsul Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsi var. Amma bu idarə başqa işlərlə məşğuldur: “Əslində bu qurum hərbçilər arasında “işverən” idarə kimi tanınr. Çünki onlar öz səlahiyyətlərindən sui-istifadə edirlər. Hərbçilər arasında mənəvi ruhun artırılması istiqamətində iş aparmaq əvəzinə, bu və ya digər hallarla bağlı hərbçilərə qarşı qondarma cinayət işlərinin başlanması kimi işlərlə məşğuldurlar. Məsələn, Beyləqan hadisəsinə nəzər yetirək – zabitlərin maaş kartlarını dükana vermişdilər. Tərbiyəvi İşlər İdarəsi gedib həmin şikayətçi hərbçilərin özlərini cinayətkar çıxardı, onları “əyyaş” və sair kimi qələmə verdi…” Bildiyimiz kimi, o vaxtlar Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsinin rəisi general Vaqif Məmmədov idi. Bu o Vaqif Məmmədovdu ki, yeni müdafiə naziri ilk təyinatı ilə onun vəzifə karyerasını gözlənilmədən xeyli yüksəltdi və bununla da, bir sıra məsələlərə aydınlıq gətirmiş oldu. İlk aydın olan məqam isə ondan ibarət idi ki, adı çəkilən general, necə deyərlər, “öz döyüş mövqeyini” artıq çoxdan dəyişibmiş. Məhz buna görə də yeni vəzifə ilə mükafatlandırıldı. Lakin sonradan hər şey yenidən bir daha gözlənilmədən dəyişdi. Vaqif Məmmədov əvvəlcə məzuniyyətə göndərildi. Məzuniyyətdən sonra isə yeni təyin olunduğu postdan əvvəlki, yəni daha aşagı vəzifənin, özü də icrasına buraxıldı. Bu azmış kimi sonradan bu vəzifədən də azad edilərək sərəncama göndərildi. Müdafiə Nazirliyinə yaxın olan mənbənin bildirdiyinə görə, general Vaqif Məmmədovun xidməti karyerasında baş verənlər onu xeyli məyus edib. Nə edəcəyini bilməyən general, düşdüyü gülünc vəziyyəti indi tam aydınlıgı ilə anlayır, aldadıldığını başa düşür və buna görə başqalarını günahkar bilir. Axı bundan sonra təyinatla bağlı ehtimal olunan istənilən vəzifə əvvəlkindən aşagı olacaq. Elə buna görə də, general qisas hissilə alışıb yanır. Mənbənin bildirdiyinə görə, generalın ona “pislik edənlərdən” qisas almaq fikrinə düşdüyü də ehtimal olunur. Bu məqsədlə o, media ilə öz əvvəlki əlaqələrindən bəhrələnməklə nazirliyin yeni rəhbərliyinə qarşı “döyüşmək” niyyətindədir. Mənbə onu da bildirdi ki, artıq bir sıra “layihələr” hazırdır və biz o layihələrin ilkin işartılarını ən yaxın gələcəkdə görə biləcəyik. Bütün bunlar, ilk baxışdan inandırıcı görünmür, ancaq nə qədər qəribə səslənsə də, məntiqlə tam uzlaşır. Hər halda ocaq yanmasa tüstü çıxmaz… Hələ ötən ilin avqustunda dərc olunanlara, yazının əvvəlində qeyd etdiyimiz məqamlara adı çəkilən idarənin rəhbərliyi tərəfindən o vaxt heç bir reaksiya verilməsə də, hər halda indi qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.(azerinevs.tv)

Short URL: http://www.cumhuriyyet.net/?p=8441

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31