Saakaşvili Ukraynanın allanmasından danışdı

11.06.2014 - 12:11

Öz qeyri-adi fikirləri ilə seçilən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili çoxlarını şoka salacaq açıqlama verib.

 

Ukraynanın TSN kanalında çıxışı zamanı Saakaşvili həm ATƏT-in
Ukrayna üzrə yeni təyin olunan xüsusi nümayəndəsi Haydi Talyavinini, həm
də Almaniya Xarici İşlər Nazirliyini ciddi tənqid atəşinə tutub.
Saakaşvili bildirib ki, o, diplomat Talyavininin əməllərinə hələ 2008-ci
ilin avqust hadisələrindən bələddir:

“ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndə qismində
xanım Talyavinini təyin etməsi məni olduca narahat edir. Hazırda
Avropada vəziyyət necədir? Görünən odur ki, sanki xanım Merkel ABŞ-ın
Rusiyanın iqtisadi çöküş siyasətində mühüm rol alıb. Məlumdur ki, Rusiya
böyük bir yanacaqdoldurma stansiyasını xatırladır. Siz Rusiyanın bu
zəif yerindən vursanız, bu dövlət ciddi problemlərlə üz-üzə qalacaq.
Putinin sonu çatacaq. Başqa məqam iqtisadi maraqlarla bağlıdır. Bir də
Almaniyan Xarici İşlər Nazirliyi var. Hansı ki, Merkellə bir
koalisiyadadır və Rusiyaya qarşı sanksiyaların tərəfdarı deyil.
Ukraynalılar, 2008-ci ilin Cənubu Osetiya olaylarında olduğu kimi, ATƏT
indi də xanım Talyavinini sizə soxuşdurur. Bəli, bəli – adı ilə demək
lazımdır, məhz soxuşdurur. O vaxt Talyavini avqust hadisələrinin
araşdırılması komissiyasına rəhbər təyin olunmuşdu. Bəli, həmin vaxt o,
faktları olduğu kimi qeyd etmişdi. Lakin Almaniya Xarici İşlər Nazirliyi
onu qarşısında oturdaraq bildirmişdi ki, bəli, faktlar olduğu kimi
yazılıb, amma son rəsmi sənəddə elə göstərilməlidir ki, Rusiya
sanksiyalarla üzləşməsin, elə yazılmalıdır ki, tərəflərin ikisi də
günahkar olsun: həm Gürcüstan, həm də Rusiya.

Yeri gəlmişkən, o vaxt da Almaniyanın Xarici
İşlər nazırı hazırkı nazır idi. Bir sözlə, indi də bunu Ukraynaya tətbiq
etməyə çalışırlar. Ölkəniz üçün ən önəmli və həlledici məqamda bu
xanımı soxuşdururlar. Baxarsınız, elə edəcəklər ki, Rusiya sudan quru
çıxacaq”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8443

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031