Əsəd ordusundakı azərbaycanlıların qazancı

11.06.2014 - 12:13

Suriyada Bəşər Əsəd tərəfindən döyüşən şiələrlə bağlı şok iddialar irəli sürülüb.

 

Publika.az mücahidlərin saytlarına istinadən xəbər verir ki, farsların,
azərbaycanlıların, əfqanların olduğu şiə qruplaşmalarında döyüşənlərin
aylıq 500 dollar maaş aldığı iddia edilir. İddialara görə, İran “həzrəti
Zeynəbin türbəsi təhlükədədir” deyə müxtəlif ölkələrdən olan şiə
məzhəbinə məxsus insanları Suriyaya Əsədə dəstək üçün göndərir. Döyüş
qarşılığında isə onların hər birinə müxtəlif təzminatlar yaradılır.

Bura 500 dollarlıq aylıq əməkhaqqı, İranda yaşamaq üçün icazə, həmçinin
ailələrinin təhlükəsizliyi daxildir. Bütün bunların əvəzində isə şiələr
Əsəd tərəfindən müxalif qruplara qarşı döyüşməlidir.

İddialara görə, müxtəlif ölkələrdən, xüsusilə Azərbaycandan və
Əfqanıstandan İrana gələn şiələr burda silahlı təlim keçdikdən sonra
Suriyaya yola salınırlar. Azərbaycandan yüzlərlə şiə məzhəbinə məxsus
insanların bunun üçün İrana getdiyi deyilir. Onların daha çox əvvəl
İranda təhsil alanlar olduğu iddia edilir. Əfqanıstandan gələnlərin sayı
isə minlərlədir.

Əfqanıstandan olan Əhməd adlı şəxs ailəsindən iki şəxsin Suriyaya Əsəd
üçün döyüşməyə getdiyini deyir. Bildirir ki, onlara Şam yaxınlığından
yerləşən “Seyidə Zeynəb” türbəsini qorumaq üçün İran onlara pul təklif
edib.

Azərbaycana gəldikdə isə, burdan gələnlərin Əfqanıstan qədər olmasa da,
Suriyada döyüş başlayandan etibarən daim gəldiyi bildirilir. Məlumatlara
görə, əvvəlcə İranda təhsil alıb orda yaşayanlar, xüsusilə Qum
şəhərində olanlar gedirmiş, daha sonra Azərbaycanın şiə məzhəbinin güclü
olduğu bölgələrdən axın başlayıb. Hazırda dəqiq sayı bilinməsə də,
gedənlərin yüzlərlə olduğu deyilir. 

Əsəd ordusunda döyüşən mücahidlər öldürüldükdə isə İran tərəfi onların
ailələrinə 4 300 ABŞ dolları pul ödədiyi açıqlanır. Ən maraqlısı isə
öldürülənlərin, adətən, öz ölkələrinə göndərilmədiyi, İranda onlar üçün
xüsusi yas mərasimi keçirildiyi bildirilir. Cəsədləri şiələr üçün
müqəddəs hesab edilən İraqın Nəcəf, İranın Qum şəhərlərində dəfn olunur

Short URL: http://www.cumhuriyyet.net/?p=8444

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31