Azərbaycan rəsmən Avrasiya İttifaqına dəvət olundu

11.06.2014 - 12:22

“Rusiyanın təzyiqləri qarşısında Avrasiya İttifaqına qoşulmaq, Azərbaycanın müstəqilliyinə təhlükədir”

Nurəddin Məmmədli: “Rusiyanın təzyiqləri qarşısında Avrasiya İttifaqına qoşulmaq, Azərbaycanın müstəqilliyinə təhlükədir”

Rusiya mayın 29-da Astanada təsis edilmiş Avrasiya Iqtisadi
Ittifaqına qoşulmaq üçün Azərbaycana rəsmi dəvət göndərib. Bu barədə
Rusiya və Belarus KIV-i məlumat yayıb. Verilən məlumata görə, Belarus
prezidenti Aleksandr Lukaşenko iyunun 9-da serb jurnalistlərlə görüşündə
Avrasiya Iqtisadi Ittifaqının dünya arenasında yeni “güc mərkəzi”inə
çevriləcəyini deyib.
A.Lukaşenkonun sözlərinə görə, Avrasiya
Ittifaqına bir çox ölkə maraq göstərir. Məsələn, Çin, Vyetnam və
Hindistan artıq yeni təsis olunmuş ittifaqla təmasa girməyə hazır
olduğunu bildirib.
Xəbərdə xatırladılır ki, gələcəkdə Avrasiya
Ittifaqına Ermənistan və Qırğızıstan da üzv olmağa hazırlaşır. Həmçinin
ittifaqa daxil olmaq üçün Azərbaycana da rəsmi səviyyədə dəvət
göndərilib.
Azərbaycanın Avrasiya Ittifaqına daxil olması üçün Rusiyadan rəsmi dəvət aldğına dair epochtimes.ru portalı da məlumat verib.
Sonuncu dəfə bu məsələ Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin Bakıya səfəri zamanı, ötən həftə gündəmə gəlib.
Azərbaycan tərəfi bu ittifaqa qoşulmaqla bağlı rəsmi mövqe bildirməsə də, ölkəmizə dəvət göndərildiyi dəqiqdir.
Rusiya
xarici işlər naziri Sergey Lavrovun Bakıya iyunun 17-də başlayacaq
səfəri və daha sonra Rusiya baş nazirinin müavini Dmitri Roqozinin
gəlişi onu deməyə əsas verir ki, Rusiya bu məsələdə israrlıdır.

AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edər ki,  Azərbaycanın
Rusiya ilə bir ittifaqda təmsil olunması, ölkənin müstəqilliyi üçün
təhlükədir: “Putin açıq şəkildə bildirmişdi ki, biz Avropa Ittifaqını və
NATO-nu sərhədlərimizə yaxın buraxmayacağıq. Bu gün Ukraynaya qarşı baş
verənlər, Azərbaycana olan təzyiqlər və digər münasibətlər məhz bu
ideyanın həyata keçirilməsinə xidmət edir. Buna görə də Rusiya Gömrük
Ittifaqı və Avrasiya Ittifaqını yaratmaq istəyir. Hesab edirəm ki,
Azərbaycan hakimiyyəti hazırkı geosiyasi vəziyyətdən istifadə edərək
Rusiya ilə bir ittifaqda yer almaqdan imtina etməlidir.  Çünki bu
ittifaqa qoşulmaq, Azərbaycanın suverenliyinə təhlükə yaradır. Ukrayna,
Moldova, Gürcüstan kimi Azərbaycan da Qərbə doğru istiqamət almalıdır və
bu imkandan bəhrələnməlidir. Ancaq Azərbaycan hakimiyyəti demokratik
islahatlarda, avrointeqrasiyada maraqlı deyil. Hazırda hakimiyyət də bir
çaşqınlıq müşahidə olunur və bu çaşqınlıq yaxşı heçnə vəd etmir”.
Azərbaycana göndərilmiş dəvətlə bağlı XIN-in mətbuat xidməti ilə əlaqə saxlasaq da, gün ərzində zənglərimizə cavab verilmədi.

Azadlıq.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8448

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031