Dövlət Əmək Müfəttişliyi Xidməti ildə nə qədər “xərac” toplayır?
Əmək Müfəttişliyi Xidmətinin Salyan, Neftçala, Hacıqabul və Şirvan
şəhəri üzrə regional xidmət idarəsinin rəisi bu rayonlarda fəaliyyət
göstərən sahibkarlardan və hətta bəzi dövlət idarələrindən aylıq və
illik haqq alır. Mahir Şükürovun əsas hədəfi isə bir qayda olaraq şadlıq
evləri, restoranlar, çayxanalar və s. iaşə obyektləridir.
Müfətişşliyi Xidmətinin Salyan, Neftçala, Hacıqabul və Şirvan şəhəri
üzrə regional xidmət idarəsinin rəisi Mahir Şükürov nəzarəti altında
olan regionda özünü bir qayda olaraq “reket” məmur kimi aparılır. Belə
ki, bir qayda olaraq iaşə obyektlərində çalışan insanlar qeyri rəsmi
olaraq çalışdığı üçün Mahir Şükürovun işçiləri onların hər birindən
aylıq alaraq minlərlə işçinin hüquqlarının pozulmasına göz yumurlar.
edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Respubilkanın ərazisində
hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərin,
həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə ilə məşğul
olan fiziki şəxslərin (işəgötürənlər) tərəfindən Azərbaycan Respubilkası
Əmək məcəlləsinə və Azərbaycan Respubilkasının əmək qanunverciliyi
sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (əmək
qanunverciliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən və Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin tabeçiliyində fəaliyyət
göstərən icra hakimiyyəti orqanıdır.
göstərilən 4 rayonda fəliyyət göstərən restoranlardan, çayxanalardan
aylıqalmaqla yanaşı həmçinin tikinti sahələrində insanları günəmuzd
işlədən sahibkarlardan aylıq qalır və onları himayə edirlər. Bunula isə
həm işçilərin hüquqları pozulur, həm də dövlətə külli miqdarda ziyan
dəyir. Çünki günəmuzd işçi çalışdıran təşkilatlar bir qayda olaraq
vergidən yayınmaqla məşğul olurlar. Və bu ölkə miqyasında illik
dövriyədə milyard manatlarla vəsaitin vergidən yayınmasına yol açır.
Əmək Müfəttişliyi xidməti müqaviləsi olmayan işçiləri hüquqlarını təmin
etməli və sahibkarın onlaral əmək müqaviləsi bağlamasına yardımçı
olmalıdır. Ancaq Mahir Şükürov vətəndaşlar əvəzinə sahibkarlara “xidmət”
etməyi daha münasib bilir. Və çox təəssüf ki, bu ölkə miqyasında baş
verən bir prpossesdir və təbii ki, bu şəraiti yaradan Dövlət Əmək
Müfətişşliyi Xidmətinin rəhbərliyidir.
şəhərlərində fəaliyyət göstəərn şadlıq saraylarından ayda 50-150 manat
arasında haqq alır. Eyni zamanda Mahir Şükürovun və işçiləri Salyan,
Neftçala, rayonları ərazisində qeyri sahibkarlıq subeykti olan
qanunsuz balıqçılıq vətəgələrindən “illik” haqq aldıqları bildirilir.
Regional xidmət rəisinin balıqçılıq vətəgələrindən hər ilin başında 250
manat rüşət aldığı bildirilir.
ki, dövlət Əmək Müfəttişliyi Xidmətinin Salyan regional xidmət
idarəsinin rəisi Mahir Şükürovun hansı obyektlərdən aylıq və illik nəq
ədər hesab yığması ilə bağlı redaksiyamıza daxil olan siyahını
araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.
Short URL: http://www.cumhuriyyet.net/?p=8449