Əliyev Avrasiya İttifaqını qəbul etməyəcək

11.06.2014 - 13:19

“Rusiyanın köhnə SSRİ-ni bərpa etmək cəhdləri Şeyx Nəsrullahın ölüləri diriltməyinə bənzəyir”.
Bu sözləri Axar.az-a politoloq Vəfa Quluzadə Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına cəlb etməsilə bağlı informasiyanı şərh edərkən deyib.
O, Rusiyanın vəziyyətinin hazırda ağır olduğunu bildirib:”Azərbaycan rəhbərliyi balaca uşaq deyil ki, onu tovlayasan. Bu dəqiqə hər kəs dünyada və regionda olan vəziyyəti gözəl təsəvvür edir. Rusiyanın vəziyyəti bu dəqiqə ağırdır. O, təklənib və Çin də ondan imtina edib. Bu vəziyyətdə Azərbaycanı aldatmaq mümkün olmayacaq. Məsələ orasındadır ki, Avrasiya İttifaqı Putin tərəfindən Qərbin əleyhinə düzəldilən birlikdir. Özü də bu, könüllü birlik deyil. Əgər könüllü birlik olsaydı, Azərbaycan gərək Kremlin qapılarını çoxdan sındırardı ki, bəs bizi nə zaman qəbul edəcəksiniz? Azərbaycana ən böyük problemi torpaqlarını 20% işğal etməklə Kreml yaradıb. Mən hələ bundan əvvəlkiləri demirəm. Rusiya-Azərbaycan münasibətlərini təhlil edərkən bu faciələrin hamısı ilə birgə analiz etmək lazımdır”.
Politoloq Azərbaycan hakimiyyətinin Rusiyanın ona verəcəyi vədlərə inanmayacağını qeyd edib:”Mən hesab edirəm ki, Azərbaycan nə Gömrük İttifaqına, nə də Avrasiya İttifaqına gedəcək. Biz Ermənistanla birgə hansı ittifaqda ola bilərik? Bəlkə Lavrov deyəcək ki, siz daxil olun, sonra həll edərik. Buna heç kəs inanmayacaq. Biz daxil olub səlahiyyətlərimizi Rusiyaya verəndən və onun yenidən koloniyasına çevriləndən sonra Qərb bizdən üz döndərəcək. O zaman baxın bizim Rusiya ilə münasibətlərimizdə mövqelərimiz nə qədər zəif olacaq. Bizim indi ayaqlarımız Şərqlə Qərbdədir. Amma ayağımızın birini Qərbdən çəkəndən sonra biz necə balans yürüdəcəyik? Rusiyanın köhnə SSRİ-ni bərpa etmək cəhdləri Şeyx Nəsrullahın ölüləri diriltməyinə bənzəyir. Sovet İttifaqı dirilməyəcək. Müstəqil olmuş ölkələr də azadlıqlarını heç kimə verməyəcəklər. Hətta Qazaxıstan və Qırğızıstan belə, müxtəlif fəndlərlə Gömrük İttifaqına üzv olmaqdan yayınacaqlar. Bu ittifaq baş tutmayacaq”.
Qeyd edək ki, dünən mətbuatda Putinin İlham Əliyevə Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü ilə bağlı rəsmən müraciət etdiyi haqqında informasiya yayılmışdı.
Onu da xatırladaq ki, iyunun 17-si Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıya rəsmi səfər edəcək. Onun səfər çərçivəsində Azərbaycan rəhbərliyi ilə Qarabağla bağlı danışıqlar aparılmasının da gözlənildiyi bildirilib. Bəzi ekspertlər məhz Lavrovun Əliyevlə Qarabağ barədə bir neçə razılığa gələcəyini qeyd edirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=8450

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31