Vətəndaşlarımızı dəmir qəfəsə saldılar

11.06.2014 - 18:27

 

İyunun 11-də Azərbaycandan İrana
getmək istəyən vətəndaşlarımız böyük əngəllə üzləşiblər. Müalicə üçün
İrana gedən azərbaycanlılar Astara Gömrük keçid məntəqəsində saatlarla
gözləməli olublar. 

Bu barədə “Yeni
Müsavat”a məlumat verən daimi oxucularımızdan biri qeyd edir ki,
Azərbaycanın sərhəd keçid məntəqəsindən keçdikdən sonra İran
sərhədçiləri onları hər tərəfi bağlı qəfəsdə saatlarla gözlədiblər: “Elə
bil cinayətkar tutublar. Salıblar, bizi dəmir qəfəsə heç yerə tərpənə
bilmirik. Neçə saatdır ki, gözləyirik, xəstələrin halı daha da
pisləşdi”.

Oxucumuzun sözlərinə görə, İran
sərhədçiləri  əvvəlcə onlara növbənin dəyişdiyi üçün yarım saat
gözləməli olduqlarını bildiriblər. Əksəriyyəti ağır xəstə olan və
müalicə üçün İrana getmək istəyən vətəndaşlarımıza daha sonra bildirilib
ki, sərhəd nahardan sonra açılacaq. Nəticədə sərhəddə ucu-bucağı
görünməyən növbə yaranıb.   

Qeyd edək ki,
sərhəddə təkcə piyada keçid məntəqəsi bağlanmayıb. Eyni zamanda yük
maşınlarının yoxlanaraq, keçdiyi məntəqə də 4 saata yaxın bağlı olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=8454

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930