Mikayıl Cabbarovun yeni rüşvət sistemi
Nazir yaxın ətrafına konvert paylayır
Nazir yaxın ətrafına konvert paylayır; Təhsil
Nazirliyndə yenidən qaranlıq işlər həyata keçirilir və bu qarnlıq işlər məhz
nazirin “komandası” tərəfindən idarə olunur
Son
zamanlar Təhsil Naziri Mikayıl Cabbarov haqqında deyilən və yazılan itthamlara,
bir il ərzində işlədiyi dövr ərzindəki fəaliyyəti ilə bağlı söylənilən mənfi
fikirlər haqqında nazir Mikayıl Cabbarov nədə ki Təhsil Nazirliyində vəzifə
tutan hər hansı bir şəxs tərəfindən heç bir fikir bildirilməyib.
Müqayisə
üçün qeyd edək ki, qonşu Türkiyə Respublikasında hətta baş nazir barəsində mətbuat,
televizya və digər Kütləvi İnformasiya Vasitələrində hər hansı bir mənfi fikir
səslənən zaman bu ölkənin baş naziri dərhal həmin məsələyə öz münasibətini
bildirir. Lakin Amerika Birləşmiş Ştatları kimi bir demokratik ölkədə guya təhsil
almış Mikayıl Cabbarovun bu işlərə belə laqeyd münasibət bəsləməsi çox təccüblüdir.
Gözləyirdik ki, Mikayıl Cabbarov vəzifəsinin icarsına başladığı ilk günlərdə
söylədiyi kimi hər zaman o mətbuatla və mətbuat işçiləri ilə bir araya gələcək
onları maraqlandıran suallara, məsələlərə cavablar verəcək, Təhsil Nazirliyin
qapısı mətbuat işçilərinə üzünə həmişə açıq olacaq, demokratiya və açıq söz
prinsiplərinə əməl edəcəkdir. Ancaq bu heçdə belə olmadı Mikayıl Cabbarovun
qapısı nəyinki mətbuata, mətbuat işçilərinə hətta bütün təhsil ictimaiyyətinə
bağlı qaldı.
Nazirlikdə
Misir Mərdanovun dövründə çalışan bir neçə əməkdaşından qəzetimizə daxil olan məlumata
görə nazir Mikayıl Cabbarov bütün bunlarla yanaşı nazirliyin aparatında əməlli
başlı ögey doğmalıq prinsipləri tətbiq edib. Bu isə nazirlikdə çalışan
insanlarda narazılıq yaradıb. Daxil olan məlumata görə özünün təşəbbüsü ilə
Nazirliyə işə gətirdiyi “yeni komanda” üçün nazir aylıq konvert ödənclər müəyyənləşdirib. Məsələn mənbəninin iddisına əsasən
nazir müavini Ceyhun Bayramov Nazirlikdə baş verən maliyyə əməliyyatlarının
5%-nə şərikdir, çünki onun qardaşı Maliyyə nazirinin müavini və dövlətin baş xəzinədarı
Azər Bayramovdur. Yəni faktiki olaraq Ceyhun Bayramov nazirin xeyir-duası ilə Təhsil
Nazirliyndə korrupsiya vasitəsi ilə əldə olunan qazancların 5%-nə sahib olub
Məlumata əsasən
Aparatın rəhbəri Mətin Eynullayevə hər ay içində 10 min manat məbləğində,
nazirin köməkçisi Əlipaşa Zeynalova 10 min manat, nazirin digər köməkçisi Anar
Mahmudova 5 min manat, İqtisadiyyat şöbəsinin müdiri Rauf Orucova 10 min manat,
Nazirliyin şöbə müdiri və eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdirinin birinci müavini Elnur Əliyevə 10 min manat və Nazirliyin Xarici əlaqələr
şöbəsinin müdirinə 5 min manat məbləğində konvert verir. Məlumatda qeyd olunur
ki, bu siyahını çox uzatmaq olar. Amma əsas fakt odur ki, Mikayıl Cabbarov
bilinməyən maliyyə mənbələrindən öz “komandasına” paket maaşı tətbiq etməklə
onlara doğmalıq, digər məmurlara isə ögeylik nümayiş etdirir. Həmçinin
bildirilir ki, Nazirlikdə hazırda ikitirəlik hökm sürür və Mikayıl Cabbarovun
“komandası” Misir Mərdanov dövründən qalmış təcrübəli və bacarıqlı kadrlara isə
müxtəlif yollarla təzyiqlər edir.
Qeyd edək
ki, Mikayıl Cabbarovun hansı mənbələr hesabına “doğmalarına” konvert şəklində
mükafat verməsi maraq doğurur. Narazılar hesab edirlər ki, nazirin öz
“doğmalarına” payladığı paketlərlə bağlı maliyyə mənbəyi ilə bağlı sualın
yalnız bir cavab ola bilər. Təhsil Nazirliyndə yenidən qaranlıq işlər həyata
keçirilir və bu qarnlıq işlər məhz nazirin “komandası” tərəfindən idarə olunur.
Qarşı tərəfin
mövqyeini dərc etməyə hazırıq…
Orxan
Həsənli
Yeni Cumhuriyyet Araşdırmalar Qrupu
Short URL: http://www.cumhuriyyet.net/?p=8458