Sarkisyanın Ərdoğanla yaxınlığının pərdəarxası

11.06.2014 - 22:17

Serj Sərkisyan mayın 27-də dövlət komitəsinin iclasında “erməni soyqırımı”nın tarixi dəlillərilə tanış olması üçün Ərdoğanı gələn il rəsmi olaraq Ermənistana dəvət edib.
Axar.az xəbər verir ki, təqaüddə olan türk səfir Ömər Engin Lütem “Sərkisyanın dəvəti” başlıqlı məqaləsində məsələnin görünməyən tərəflərini izah edib:”Bu, qeyri-ənənəvi dəvətin iki məqsədi ola bilər. Birincisi, Baş nazir Ərdoğanın 1915-ci il hadisələri iə bağlı mesajında ölən ermənilərin nəvələrinə verdiyi başsağlığı ilə başlamaq istədiyi yeni siyasi kursun qəbul edilməməsidir. İkincisi, Türkiyə Prezidentini alçaltmaq məqsədidir. İrəvana dəvət etmək yolu ilə “soyqırım başsağlığını” qəbul elətdirməyə çalışmağı necə açıqlamaq olar?”
Məqalədə Sərkisyanın Türkiyəyə qarşı siyasətdə xələflərinə nisbətən fərqli siyasi kurs seçdiyi bildirilir:”Ermənistan dövlət başçıları Levon Ter Petrosyan və xələfi Robert Köçaryan soyqırım iddialarını irəli sürərək Türkiyəni təhrik etməkdən qaçıblar. Sərkisyan da bir müddət bu siyasəti davam etdirib. Daha sonra isə mövqeyini dəyişdirib. Erməni diasporunun irəli sürdüyü bəzi tələbləri dəstəkləməyə və xüsusilə Türkiyənin soyqırım iddialarını qəbul etməsini istəməyə başlayıb”.
Eks-səfirin sözlərinə görə, Türkiyənin strateji mövqeyi ona qarşı bəzi qərarların qəbulunu önləyir:”İndiyə qədər iyirmi ölkə parlamenti “erməni soyqırımı”nı tanıyan qərarlar qəbul edib. Bu ölkə hökumətlərindən heç biri rəsmi olaraq Türkiyədən soyqırım iddialarını qəbul etməsini, təzminat ödəməsini və üstəlik Ermənistana torpaq verilməsini istəməyib, heç buna işarə belə etməyiblər. Səbəb isə Türkiyənin gücü və əhəmiyyətli strateji mövqeyidir”.
Qeyd edək ki, Ömər Engin Lütem əvvəllər Fransa, Almaniya, İtaliya, Liviya və Vatikanda Türkiyənin səfiri olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=8462

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31