Naxçıvandan daha bir pis xəbər gəldi
“Hər zaman
təyyarə ilə yola düşəndə uçuş heyətinin “Təhlükəsizlik kəmərlərini
bağlayın!” təlimatını eşidirik. Amma bir çox sərnişinlər bu mühüm
təlimata riayət etməyi vacib saymır”.
“Azərbaycan
Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm
Səfərli bildirib ki, bu gün “Boeing-757” təyyarəsi ilə Bakıdan Naxçıvana
2253 saylı reyslə uçan gəmi heyəti məhz belə bir vəziyyətlə qarşılaşıb.
Belə
ki, təyyarə enişə başlayarkən təhlükəsizlik kəmərlərinin bağlanması
barədə təkrar təlimat verilib. Hava gəmisində 180 sərnişin olub. Təyyarə
enməyə davam edərkən qəfildən 2-3 saniyəlik güclü hava burulğanına
düşüb. Bu zaman təhlükəsizlik kəmərlərini bağlamayan 8 sərnişin müxtəlif
dərəcəli bədən xəsarəti alıb.
Hadisədən az sonra təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına standart eniş edib (qafqazinfo.az).
Short URL: http://www.cumhuriyyet.net/?p=8470