ABŞ Rusiya ilə müharibəyə hazırlaşır

12.06.2014 - 00:16

Amerika Birləşmiş Ştatları İngiltərinin “Fairford” kral hərbi bazasına iki “B-2” (Spirit) bombardımançı təyyarəsini yollayıb. Bu barədə “Vaşinqton Tayms” məlumat yayıb.
Axar.az xəbər verir ki, təyyarələrin məqsədi kəşfiyyat xarakterli məlumatlar toplamaqdır. Onların uçuşları Rusiya sərhədlərinin o qədər yaxınlığından aparılacaq ki, əməliyyata hətta “Putinə salamlar” şərti adı verilib. Vurğulanır ki, Amerika Hərbi Hava aktivində olan bu təyyarələrin hazırlanması baha başa gəlir və ilk dəfə olaraq Avropaya yerləşdiriləcək.
Məsələyə münasibət bildirən amerikalı admiral Sesil Heyni deyib ki, əməliyyatlar o qədər yüksək dəqiqliklə aparılacaq ki, bu, mütəffik ölkələrin işinə xeyli yararlı olacaq.
Xatırladaq ki, Amerika komandanlığı bu nəsil təyyarələrin Avropaya gətirilməsini Ukrayna hadisələri ilə əlaqəli oluğunu bildirməkdən boyun qaçırıblar. Lakin ekspertlər olayı birbaşa Prezident Vladimir Putinə güc nümayişi kimi səciyyələndiriblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=8474

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31