Oqtay Gülalıyev beynəlxalq konfransa buraxılmadı

12.06.2014 - 01:03

DİN Baş Pasport İdarəsi
ona xarici pasport verməkdən imtina etdi

 

Bu gün Strasburqda İnsan Hüquqlarının Sənədləşməsinə dair Avropa Koordinasiya Komitəsinin (ECCHRD) 35-ci toplantısı öz işinə başlayıb. Tədbirin
məqsədi insan hüquqları ilə məşgul olan təşkilat və institutları bir araya gətirməkdir.

Konfransda beynəlxalq təşkilatların təmsilçiləri,
Avropa Şurasının, Avropa İnsan Haqları Məhkəməsinin nümayəndələri, eləcə də
müxtəlif ölkələrdə insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən
hüquq müdafiəçiləri iştirak edir.

Adı çəkilən qurum toplantıda iştirak etmək üçün
Azərbaycandan “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru,
keçmiş vicdan məhbusu Oqtay Gülalıyevi də dəvət edib. Amma Gülalıyevin həmin tədbirdə
iştirakı mümkün olmayıb. Belə ki, haqqında 2012- ci ilin aprel ayında cinayət məcəlləsinin
220.2- ci maddəsi ilə açılan qondarma cinayət işi olduğunu əsas gətirən DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi ona xarici passport verməkdən
imtina edib.

Xatırladaq ki, O. Gülalıyev Sabirabad rayon məhkəməsinin
13 iyun 2012- ci il qərarı ilə polis nəzarəti altında olmaqla ev
dustaqlığındadır. Onun ölkədən çıxışı yasaq olduğu üçün xaricə buraxılmadığına
görə bu yaxınlarda Bakıda özəl klinikaların birində əməliyyat olunub.

Beynəlxalq konfransda iştirak etmək üçün
pasport almaq və ölkədən çıxmaq üçün hüquq müdafiəçisinin DIN- ə müraciəti də nəticəsiz qalıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8477

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031