Kəmaləddin Heydərovun biznes imperiyası çökür

12.06.2014 - 01:07

“Gilan”
Holdinqin tabeçiliyindəki şirkətlər bağlanır

“Gilan”
Holdinqin tabeçiliyindəki şirkətlər bağlanır

 

Məmurların
və deputatların qanun buna izn verməsə də, bizneslə məşğul olmaqları heç kəsə
sirr deyil. Bu məsələdə iqtisadiyyat üçün təhlükəlisi odur ki, məmur
(deputat)-biznes tandemi inzibati resurslardan yararlanmaqla və “yuxarılarda”
himayə olunmaqla azad sahibkarlığın inkişafında maneəyə çevrilir. Bir qayda
olaraq bu cür kölgəli biznes ucuz pullara və dövlətin maliyyə mənbələrinə daha
yaxın olur, vergi, inzibati və s. nəzarət vasitələrindən asanlıqla yayınır. Bu
amillər nomenklatur kapitalistlərinin sürətlə böyüməsi üçün əsl istixana şəraiti
yaradır. Xarici ölkələrdə bunun saysız-hesabsız parlaq nümunələri vardır. Azərbaycanda
isə “Gilan” Şirkətlər Qrupunun son illər keçdiyi inkişaf yoluna baxmaq yetərlidir.

Fövqəladə
hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsus olduğu bildirilən və heç kəs
tərəfindən inkar olunmayan “Gilan Holdinq” qrupu Azərbaycanda fəaliyyətə
başladığı ilk dövrlərdə (ötən əsrin 90-cı illəri) hələ o vaxtın “orta kalibrli”
yerli şirkətləri səviyyəsində belə deyildi. Şirkətin parlaması K. Heydərovun
Dövlət Gömrük Komitəsinə rəhbərlik etməyə başlamasından sonrakı dövrə təsadüf
edir.

Qohumluq
münasibətləri Heydərovları Qəbələ rayonuna daha sıx tellərlə bağladı: Baba Fəttah Heydərov artıq neçə çağırışdır ki, bu rayonun
əvəzolunmaz deputatıdır, K. Heydərov isə bu rayonun mümkün olan bütün biznes
sahələrinə nəzarət edir, nəvələr isə rayonda idmanın inkişafında xidmətlərini
göstərirlər. Biznes ölkə hüdudlarını da aşaraq, Britaniya, Almaniya, Baltika
ölkələri və başqa ölkələri də sarmışdır.

Amma
Qəbələ Heydərovların yeganə biznes məkanı deyil. Şəbəkə ölkənin demək olar ki,
bütün bölgələrini əhatə edir. Şirkət idxal-ixrac əməliyyatları daxil
sahibkarlıq fəaliyyətinin əksər sahələrində öz bacarıqlarını sınamaqdadır. Amma
üstünlük verilən tikinti və daşınmaz əmlak, tikinti materialları istehsalı,
qida sənayesi, üzümçülük və şərabçılıq, kənd təsərrüfatı, pambıq və tekstil,
topdan və pərakəndə ticarət, bank və sığorta işi, otelçilik və turizm sahələridir. Bəzi sahələrdə qrupa daxil olan
şirkətlər inhisar vəziyyətindədirlər.

Rəsmi
açıqlanan məlumatların müqayisəli təhlili göstəriri ki, hazırda “Gilan” maliyyə-sənaye
qrupunda 300-ə yaxın şirkət birləşir və müəssisələrdə 12 mindən çox adam
çalışır. Holdinqin saytı illərdən bəri yenilənmədiyi üçün daha etibarlı məlumat
əldə etmək olmadı. Holdinqin dövriyyəsi haqqında da yalnız ehtimallar irəli
sürmək olar, baxmayaraq ki, qanunvericiliyə əsasən, qrup konsalidə olunmuş
(birləşdirilmiş) illik maliyyə hesabatını hər il kütləvi informasiya vasitələrində
və oz korporativ saytında açıqlamalıdır. Amma bu rəqəmin bir neçə milyard
manatla ölçüldüyü şəksizdir. Qrupa Cəmil Muradov rəhbərlik edir. Lakin cənab
Muradov nə zamansa mətbuatın qarşısına çıxmadığı üçün ona bu barədə, eləcə də
qrupun nə dərəcədə nümunəvi vergi ödəyicisi olması barədə sual vermək imkanı
yaranmayıb.

Fövqəladə
hallar naziri Kəmaləddin Heydərov ölkədə tikilən çoxmərtəbəli binalarda istifadə
olunan liftləri də inhisara götürüb. Bundan sonra daha tikinti şirkətləri zəhmət
çəkib xarici ölkələrə lift sifariş verməyəcəklər. Çünki K.Heydərovun
tabeçiliyindəki “Gilan-höldiq” yerli tələbatı ödəmək məqsədilə hələ 5 il əvvəldən
lift istehsalına başlayıb.

Amma
indi təsvir edilən bu imperiyanın çöküşü başlayır. “Yeni Cumhuriyyət”ə ötürülən
məlumata görə “Gilan” holdinqin tabeçiliyindəki şirkətlər bağlanıb. Mənbəmiz bu
sırada lift istehsalı və Kaspian şirkətini göstərib. Onu da bildirək ki, bu
Heydərovlar imperiyasına qarşı ilk hücum deyil. “Fövqəlnazir”hakimiyyət
daxilində Paşayevlərin əsas rəqibi hesab edilən “Naxçıvan”qruplaşmasının əsas
siması sayılırdı. Ziddiyyətlər dərinləşəndə Kəmaləddin Heydərovun hətta
prezident seçkisində qruplaşmanın namizədi ola biləcəyi barədə məlumatlar
yayılırdı. Elə bu səbəbdən idi ki, Paşayevlər “fövqəlnazir”ə müəyyən
sarsıdıcı zərbələr vurdular. Vergilər Nazirliyi kimi iri dövlət qurumu Kəmaləddin
Heydərovun nəzarətindən çıxarıldı. “Fövqəlnazir”ə məxsus “Gilan
Holdinq”in bəzi layihələri əlindən alındı. Kəmaləddin Heydərova bank açmağa
icazə verilmədi. Nəzarətindəolan media quruluşlarından bəzilərinə əl qoyuldu və
s. İndi isə bu prosesin tam başa çatdırılmasına start verilib.

 

Səlim
Muradov

Cumhuriyyet.az

Short URL: http://www.cumhuriyyet.net/?p=8478

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31