Dünya kinosunun ən qalmaqallı 5 filmi
XIX əsrin sonlarında incəsənətin yeni sahəsi-kinematoqraf meydana gəldi.
1895-ci ilin 28 dekabrında Fransada Lümer qardaşlarının nümayişə başladıqları
ilk qısametrajlı sənədli filmlər Kinomatoqrafiyanın əsasını qoymuş oldu.
Əslində həmin illərdə sürətlənən elmi-texniki inkişaf, həyat tempinin
dinamikası bu dəyişikliyi əks etdirəcək onunla ayaqlaşa biləcək elementə
ehtiyac duyurdu. Bu mənada kinomatoqrafın yaranması qanunauyğun idi. Bundan
sonra cəmiyyətin inkişafında güzgü rolunu məhz kino oynayacaqdı. Digər tərəfdən
kütləvi nümayiş olunması ona cəmiyyətin ən fərqli sosial qruplarına təsir
göstərməsinə şərait yaradırdı. Zaman keçdikcə bunu daha çox insanlar anlayırdı.
İctimai düşüncədəki dəyişiklikləri müşahidə edən, bəzi hallarda isə bu
müşahidələri qabaqlayan kinomatoqraf cəsarətli çıxışları ilə nəinki mədəniyyət
hadisəsinə, həm də siyasi tarazlığı dəyişən vasitəyə çevrilmişdi. Bu mənada
1937.az dünya kinosu tarixində ən qalmaqallı 5 filmi təqdim edir
1. “Qatarın La-Syota vağzalına gəlişi” (1896). Elə ilk film kinomatoqrafın
yaradıcıları Lümer qardaşlarına məxsus çox qısa – 48 saniyəlik filmdir. Müasir
meyarlarla götursək xranometrajı yalnız reklam çarxı üçün kifayət edən film
1896-cı ildə böyük səs-küy qoparmışdı. Lümer qardaşlarının ən uğurlu filmi
sayılan “Qatarın La-Syota vağzalına gəlişi” sujet xəttinin qeyri-adiliyi ilə
dəc fərqlənmirdi. Sadəcə, canlı kadrlara psixoloji olaraq hazır olmayan
tamaşaçı relslərin yaxınlığında yerləşdirilən kameradan qatarın sanki onların
üzərinə doğru irəlilədiyini düşünürdü və təşviş içində kinoteatrları tərk
edirdi. Sonradan kinomatoqrafda əsas parodiya mövzularından birinə çevrilən bu
kütləvi paranoya epizodu kinomatoqrafın ilik dövründə əsas qalmaqal mövzusu
idi. Bu həm də kinonun kütləvi incəsənət vasitəsinə çevrilməkdə olduğunu sübut
edirdi.
2. “Əndəlus Köpəyi” (1929). 1920-ci illər Avropasında insanlar fikir və
düşüncələrini ifadə etmək üçün yeni bədii və təsviri yaradıcılıq metodlarının
axtarışında idi. Məhz belə bir zamanda “Sürrealizm” cərəyanı meydana gəldi.
Müasir incəsənətin bütün sahələrində sıx möhkəmlənən “Sürreailzm” yuxu və
reallığın yeni vəhdəti idi. Heç bir məntiqi ardıcıllığa riayət etməyən və ruhla
materiyanın bağlı olmadığını iddia edən sürrealistlər incəsənətə paradoksal
baxış bucağı gətirdilər. Bu cərəyanın iki dahi nümayəndəsi katalon milliyətli
Salvador Dali və ispan Luis Bunyuel 1929-cu ildə məxsus olduqları sürrealist
üslubda ssenari yazırlar. Gördükləri yuxulardan, gizli şüuraltı fantaziyalarından
ilhamlanan sənətkarlar paradoks və cavabdan çox sual doğuran “Əndəlus Köpəyi”
filmini yaradırlar. Yaradıcı duetin 21 dəqiqəlik məhsulu kino tarixində giriş
səhnəsi ilə iz qoyur. Belə ki, həm də aktyor kimi filmdə yer alan Luir Bunyuel
itilədiyi ülgüclə aktrisa Simona Mareüylin gözünü kəsir. Sonradan məşhur gözün
kəsilmə səhnəsində öıü uzunqulaq gözündən istifadə oldunduğu aydın olur. Lakin
bu bədii priyom reallığı ilə filmə baxmağa gələn auditoriyanı şoka salır. Digər
səhnələrdə pianoya yüklənmiş ölü at cəsədi, küçənin ortasında kəsilmiş insan
əli, əlin içindən çıxan qarışqalar və s. məntiqi izahı olmayan məqamlar olsa
da, məhz giriş səhnəsində Bunyuelin kəsdiyi göz səhnəsi əsas diqqəti özünə
çəkdi. Dünya kinosunda hadisə olan “Əndəlus Köpəyi” filmi kinonun
eksperimentlərə açıq olduğunu göstərdi və Parisdə filmin premyerası əsl
hadisəyə çevrildi.
3. “Eybəcərlər” (1932). Amerika kinomatoqrafının nümayəndəsi Tod Brouninqin
qorxu janrında çəkdiyi film sirk truppasında cərəyan edən sevgi əhvalatlarını
özündə birləşdirirdi. Lakin Amerika tamaşaçısı ekranda sirk truppasının təsviri
üçün Tod Brouninqin müxtəlif ştatlardan topladığı fiziki qüsurlu insanları seyr
etməyə səbələri dözə bilmədi. Çünki onların hamısı müxtəıif xəstəliklərdən
əziyyət çəkən real sirk işçiləri idi. “Eybəcər”in doğurduğu səs-küy və rezonans
o qədər güclü idi ki, Metro-Qoldvin-Mayer kinoşirkəti filimn neqaticini də məhv
edir və bütün kinoteatrlardan yığışdırır. Hələ uzun illər film əksər ölkələrə
qadağa altında olsa da, qorxu janrında çəkiləcəck gələck filmlər üçün önəmli
tramplin rolu oyanmış oldu.
4. “Salo yaxud Sodomun 120 günü” (1975). 70-ci illərdə bədii azadlığı pik
həddə çatan İtaliya kinomatoqrafı rejissorlara həm də siyasi görüşlərini ifadə
etmək üçün meydan rolunu oynayırdı. Qatı solçu, şair və filosof Pyer Paolo
Pazolini siyasi düşüncələrini bədii yaradıcılığında əks etdirən belə
personalardan biri idi. Yaradıcılığı boyu klassik əsərlərə müasir yanaşma
nümayiş etdirən sənətkar son filmində bədiliyin sərhədlərini aşdı. XVIII əsrin
sonları, XIX əsrdə əvvəllərində öz sadist və pornoqrafik məzmunlu romanları ilə
o dövr konservativ Avropasını şoka salan fransız yazıçısı Markiz de Sadın ifrat
fantaziyaları italyan Pazolinin simasında öz bədii vizullığına qovuşdu.
Pazolini İkinci Dünya Müharibəsinin sona çatmasına az qalmış bir qrup yüksək
rütbəli faşistin kirayə tutduğu malikanədəki eyş-işrət məclisləri və girov
saxladıqları yeniyetmələrə verdikləri ağlasığmaz işgəncələrin təsvirini
maksimum reallıqla verib. Xüsusən işgəncə səhnələri müasir izləyici də belə şok
təəsüratılar yara bilər. Yüksək zümrəni, dini, pulu və qanunları hədəf alan
rejissor kütləvi itaət fonunda insan hakimiyyətinin ən qaranlıq məqamlarına
işıq salır. Maraqlıdır ki, bu ekstrimal filminin premyerasını rejissora görmək
qismət olmur. 1975-ci il noyabrın 2-də Pyer Paolo Pazolinin dəhşətli
işgəncələrə məruz qalan cəsədi Roma yaxınlığındaaşkar olunur. “Salo yaxud
Sodomun 120 günü” filmi İtaliya Senzura Komitəsinin qadağaları ilə üzləşir.
Nəhayət uzun sürən məhkəmə proseslərindən sonra 1978-ci ildə Milan məhkəməsi
Pazolinin son əsərini “sənət əsəri” adlandırır və filmin nümayioşinə qoyulan
son qadağaalrı da ləığv edir. Filmin sujet xətti, rejissorun filmdən sonra
müəmmalı ölümü və uzun sürən məhkəmə prosesləri “Salo yaxud Sodomun 120” günü
filmini dünya kinosunun ən qalmaqallı nümaunələrindən biri edir.
5. “Kaliqula” (1979). Yaradıcılığının əsasını demək olar ki, bütünlüklə
erotik filmlərin təşkil etdiyi italyan rejissor Tinto Brass 1979-cu ildə kino
tarixinin ən qalmaqallı filmlərindən biri olan “Kaliqula”nı ictimaiyyətə təqdim
edir. Eramızın 37-41-ci illərində Roma imperatoru olmuş Kaliqula barədə çəkilən
bioqrafik film pornoqrafik və qanlı edam səhnələri ilə tamaşaçıları şoka salır.
Tarixi mənbələrdə iddia olunan imperatorun bacısı Druzilla ilə qanunsuz sevgi
münasibətləri, tez-tez sarayında düzənlədiyi seks orgiyaları, sədaqətinə şübhə
etdiyi əyanları edam etməsi, öz atını senatda təntənəli sürətdə konsul elan
etməsi və s. faktların filmdə bədii təsviri verilir. Maraqlıdır ki, filmin 17,5
milyon maliyyəsini bütünlüklə “Penthaus” porno jurnalının sahibi Robert
Quççione ödəyir. “Kaliqula”nın çəkilişlərində tanınmış ingilis aktyorları 6
dəfə “Oskar” nominantı olmuş mərhum Piter O`Tulun, 2007-ci ildə “Kraliça”
filmindəki ifasına görə “Oskar” sahibi olan Helen Mirrenin və 60-70-ci illərdə
üsyankar gənc tipajını uğurla canlandıran Makolm Makdauelin çəkilməsi əlavə
intriqaya səbəb oldu. Ekranlara çıxmasından 35 il keçməsinə baxmayaraq
“Kaliqula” filmi bugün də bir çox ölkədə qadağa altındadır.
Short URL: http://www.cumhuriyyet.net/?p=8480