Ermənilər Dağlıq Qarabağda “naməlum uçan obyekt” tapıb – Fotolar

20.12.2016 - 23:45

Ermənilər işğal altındakı Azərbaycan torpaqlarının bütün yeraltı, yerüstü sərvətlərini talan etməkdə, maddi-mədəniyyət abidələrinin üzərinə erməni yarlığı vurmaqda davam edirlər. Ancaq işğalçılar son zamanlar Qarabağda rast gəldikləri nadir tapıntılardan o dərəcədə şoka düşüblər ki, hələ onunla bağlı ortaya iddia qoymağa çətinlik çəkirlər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin “turizm idarəsnin rəisi” Sergey Şahverdiyan məlumat yayıb. Erməni separatçı Dağlıq Qarabağ ərazisində rastlaşdığı sirli daş plitələrdən bəhs edib və onların fotolarını da təqdim edib. “Bizim əməkdaşlarımız Artsaxın bölgələrindən birində bunları aşkar ediblər. İndi baş sındırırıq ki, bu, nə ola bilər”-Şahverdiyan iddia edib.
O, bildirib ki, hələlik çalışmaları fayda verməyib. Belə ki, “bu daşların təyinatı və hazırlanma tarixi bəlli deyil”. S.Şahverdiyan onlarla belə nadir daşların tapıldığını deyib. Bu məlumat ermənilərin böyük marağına səbəb olub və sosial şəbəkədə geniş müzakirələr aparılır.
Göründüyü kimi, bu dəfə “daş qayaya rast gəlib”. Tarixi saxtalaşdırmaq azarına tutulmuş ermənilər hələ ki, Azərbaycanın bu qədim bölgəsindəki növbəti nadir tapıntıları “özününküləşdirməyin” yollarını tapa bilmirlər. Erməni mediası isə Dağlıq Qarabağdakı daş tapıntıları “uçan naməlum obyektlər”ə bənzədib. Azərbaycanın müvafiq qurumlarının bu faktlarla bağlı beynəlxalq qurumlara müraciət etməsi, tarixçilərin və arxeoloqların həmin bu daş abidələrlə bağlı açıqlamalar verməsi ermənilərin cəhdlərinin qarşısını ala bilər.

Cavid TURAN, Musavat.com





Short URL: http://www.cumhuriyyet.net/?p=84852

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728