“Qəhrəmanların təbliği məqsədilə tədbirlərin təşkili” layihəsinə yekun vurulub

20.12.2016 - 14:45

Aydınlar Ocağı Humanitar ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Qəhrəmanların təbliği məqsədilə tədbirlərin təşkili” layihəsinə yekun vurmuşdur. Layihə Bakı və Gəncə şəhərlərində, Ağdam, Bərdə, Tərtər və Füzuli rayonlarında icra edilmişdir.
Keçirilən bütün seminarlar torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilmişdir.
Seminarlarda rayon icra hakimiyyətlərinin, gənclər və idman idarələrinin, ziyalıların, tələbə və şagirdlərin iştirakı ilə geniş müzakirələr aparılmışdır. Ekspertlər Layihənin əhəmiyyətindən, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyindən danışaraq təmas xəttində baş verən hadisələrə diqqət çəkərək ermənilərin mütəmadi təxribat diversiya həmlələrinə baxmayaraq Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində itki verərək geri çəkildiklərini qeyd etdilər. Natiqlər Milli Qəhrəmanların təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsinin istər məktəblilər, tələbələr, istərsədə digər gənclər arasında təbliğ olunması işinin bu günkü vətənpərvər gənclərdən ibarət Milli Ordunun formalaşmasında xüsusi rolu olduğunu qeyd etdilər.
Aydınlar Ocağı humanitar ictimai birliyinin sədri, layihənin koordinatoru Vüqar Qədirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğunda apardığı islahatlardan danışaraq, aparılan siyasət nəticəsində Azərbaycan Ordusunun müasir silah –sursatla təminatı ilə bərabər ordumuzda vətənpərvərlik ruhunun ən yüksək səviyyədə olduğunu qeyd etdi.
V.Qədirov çıxınlarında qəhrəmanlarımıza ən böyük dəstəyin və qayğının Prezident İlham Əliyev tərəfindən olduğunu və bunun gənclərimizdə böyük ruh yüksəkliyi yaratdığını bildirdi. Natiq Prezident İlham Əliyevin Mübariz İbrahimovu təmas xəttinin ermənilərə aid hissəsində xüsusi qəhrəmanlıq göstərərək şəhid olduğuna görə Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif etdiyini, Milli Qəhrəmanımızın nəşinin ölkəmizə gətirilməsinə nail olduğunu və dəfnində iştirakını gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına ən böyük töhfəsi kimi qeyd etdi. Prezidentimizin ordumuza və gənclərimizə qayğının nəticəsiydiki 2-5 aprel savaşlarında Azərbaycan oğulları ermənilərin Füzuli rayonunun Lələtəpə ərazisindən diversiya-təxribat hücumları təşkil etdiyi zaman xüsusi qəhrəmanlıq göstərərək Ermənistan ordusunu darmadağın etdi, strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyini və Tərtər istiqamətində Talış yüksəkliyini ələ keçirərək 7 milyon kvadrat metr ərazini işğaldan azad etdi- deyən V.Qədirov düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyevin Prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görüldüyünü qeyd etdi.
Tədbirlərdə çıxış edən natiqlər vurğuladılarki gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında qəhrəmanların təbliği xüsusi önəm daşıyır. Çıxışçılar Ermənistanın Azərbaycan torpaqlarına silahlı təcavüzünün dəf edilməsində xüsusi qəhrəmanlıq göstərmiş şəxslərin adlarının əbədiləşdirilməsinin, onların qəhrəmanlığını tərənnüm edən bədii əsərlərin yazılmasının, orta ümumtəhsil məktəblərində, kolleclərdə və ali təhsil müəssisələrində mütəmadi tədbirlərin təşkilinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi rola malik olduğunu bildirdilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=84855

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728