Xüsusi təyinatlıların qoruduğu konsulluğa İŞİD necə girdi?

12.06.2014 - 04:04

Ötən gün “əl Qaidə” terror təşkilatına bağlı fəaliyyət göstərən İŞİD
qüvvələri İraqın Mosul vilayətindəki Türkiyə konsulluğuna hücum edərək
burda diplomat və hərbçilər olmaqla 45 nəfəri girov götürüblər.
Xüsusi təyinatlılar tərəfindən mühafizə olunan konsulluq binasının necə
ələ keçirilməsi sual doğursa da Mosul vilayət məclisinin üzvü bu
məsələyə aydınlıq gətirib. Məclisin türkmən əslli üzvü Loğman Rəşidiyəli
“əl Cəzirə” müxbirinə verdiyi açıqlamada əməliyyatda təxminən 900 İŞİD
üzvünün iştirak etdiyini, binanın qapıları bağlı olsa da, terrorçuların
binanı partlatmaqla hədələyərək qapıları açdırmağa müvəffəq olduqlarını
deyib.
Rəşidiyəli konsulluğun iraqlı əməkdaşına istinadən verdiyi məlumatda 3
nəfəri uşaq olmaqla türk əslli 15 diplomatın və 30 xüsusi təyinatlı
polisin girov götürüldüyünü, konsulluğun yerli əməkdaşlarının isə
azadlığa buraxıldığını deyib.
Hadisə şahidləri türk mühafizəçilərin silahlarını yerə qoymadıqlarını,
bu vəziyyətdə İŞİD-in müşayiəti ilə ərazidən uzaqlaşdıqlarını deyib.
İraqın baş naziri Nuri əl Maliki iraqlılara müraciət edərək onları
İŞİD-ə qarşı birləşməyə səsləyib. Mosulu tərk edən hərbçilərin
cəzalandırılacağını deyən Maliki yerlilərdən ibarət könüllülər ordusu
yaradacaqlarını və İŞİD qüvvələrinin Mosuldan çıxarılacağını deyib.
Mliki həmçinin bütün dünyasya səslənərək humanitar yardım istəyib.
Qeyd edək ki, vəziyyətin ağır olması səbəbindən şəhəri tərk edərək Ərbil
şəhərinə sığınan Mosul meri Useyil Nuceyfi Türkiyə konsulluğuna şəhəri
tərk etmələri üçün xəbərdarlıq etdiklərini, amma onların “tarixə düşəcək
bir hərəkətlə” yerlərini tərk etmədiklərini demişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=8494

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31