BMT vahabilərə xəbərdarlıq etdi
BMT Təhlükəsizlik Şurası İraqın şimalındakı Mosul şəhərinə silahlıların hücumunu və Türkiyə konsulluğunun tutulmasını qətiyyətlə pisləyən bəyanat qəbul edib.
BMT Türkiyə diplomatik missiyasının girov götürülən bütün əməkdaşlarının dərhal və təhlükəsiz şəraitdə azad edilməsini tələb edib.
Bu barədə bəyanatı qurumun hazırkı sədri, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin açıqlayıb.
Xatırladaq ki, Mosula vəhhabilərin hücumu zamanı konsulluğun 49 əməkdaşı, həmçinin, bölgədə çalışan 31 türk sürücü girov götürülüb.
Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=8496