İŞİD dünyanı şoka saldı

12.06.2014 - 05:11

Mosulu ələ keçirdikdən sonra Bağdada doğru irəliləməyə davam edən İŞİD-in  çoxlu sayda bölgəni ələ keçirdiyi bildirilir.
Axar.az xəbər verir ki, Mosul valisi şəhəri geri qaytarmaq üçün xalq komitələri yaratdıqlarını deyib.
Yerli mənbələrdən alınan məlumatlara görə, İŞİD Ninova, Anbar və Səlahəddinin çox hissəsini ələ keçirərək, Bağdada doğru istiqamət alıb. İŞİD-in həmçinin Bağdada məxsus olan neft çənlərini və elektrik stansiyalarını nəzarətə götürdüyü qeyd edilir.
Ninova və İraqın ikinci böyük şəhəri olan Mosulda təxminən 500 min adam evlərini tərk edərək kürd bölgələrinə doğru axın edir. Mosulda 2400 məhbusu həbsxanaya yollayan İŞİD hökumət binaları və iki televiziya stansiyasını da ələ keçirib. Kərkük şəhərinə yaxın ərazilərdə İraq ordusu ilə İŞİD arasında qarşıdurmalar getdiyi barədə xəbərlər gəlir.
İraq parlamenti sabah fövqəladə toplantı keçirəcək, Baş nazir Nuri əl Malikinin fövqəladə vəziyyət elan edəcəyi gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=8498

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31