Əliyev Barrozo ilə anlaşa bilməsə…

12.06.2014 - 09:41

“Avropa Birliyi ilə əməkdaşlıqdan birmənalı
şəkildə imtina siyasəti, hakimiyyət üçün arzuolunmaz nəticələrə gətirib
çıxaracaq”

Fuad Qəhrəmanlı: “Avropa Birliyi ilə əməkdaşlıqdan birmənalı
şəkildə imtina siyasəti, hakimiyyət üçün arzuolunmaz nəticələrə gətirib
çıxaracaq”

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycan,
Gürcüstan və Moldovaya səfərinin proqramı açıqlanıb. “Trend”in Avropa
Komissiyası prezidentinin saytına istinadən verdiyi məlumata görə, Joze
Manuel Barrozo səfərini iyunun 11-12-də Moldovadan başlayacaq. Ölkəyə
səfəri zamanı Avropa Komissiyası prezidenti Moldovanın Prezidenti, Baş
naziri və parlament sədri ilə görüşəcək. Joze Manuel Barrozo həmçinin
Moldova-AB beynəlxalq sərmayəçilər konfransında iştirak edəcək.

Iyunun 12-13-də Avropa Komissiyasının prezidenti səfərini Gürcüstanda
davam etdirəcək. Səfər zamanı Joze Manuel Barrozo Gürcüstanın
Prezidenti və Baş naziri ilə görüşəcək, Gürcüstan Investisiya
Konfransında açılış nitqi ilə çıxış edəcək. Qeyd edək ki, bu, Barrozonun
Gürcüstana ilk rəsmi səfəridir.

Joze Manuel Barrozu Azərbaycana iyunun 14-də gələcək. Avropa
Komissiyasının prezidenti ölkə rəhbərliyi ilə görüşüəcək. Barrozonun ADA
Universitetində “AB-Azərbaycan: Yeni imkanlar və çağırışlar” mövzusunda
çıxış edəcəyi gözlənilir. Avropa Komissiyası prezidentinin saytında
bildirilir ki, bu səfər AB-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi,
Assosiasiya sazişi və Strateji Müasirləşdirmə Tərəfdaşlığı ətrafında
danışıqlara yeni impuls vermək üçün bir imkandır.

Ötən yazılarımızda da bildirmişdik ki, Barrozonun budəfəki səfəri
enerji məsələlərinə deyil, Azərbaycanın Avropa Birliyi ilə sıx
əlaqələrinə həsr olunacaq. Səfər proqramında da bu ehtimal özünü
doğruldub. Azərbaycan hakimiyyəti isə, nəzarətində olan mətbuat
vasitələrində bu mesajı verir ki, Assosiasiya Sazişini imzalamaq fikri
yoxdur və yalnız  Strateji Əməkdaşlığa hazırdır.

Yəni Barrozonun istəyi də, Azərbaycanın cavabı da bəllidir.

Bəs, Azərbaycan tərəfi Avropa Birliyinin təklifini mənfi qiymətləndirəcəyi halda, hansı münasibətlə qarşılaşacaq?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki,
Ilham Əliyev çıxışlarında Assosiasiya Sazişi imzalamaqda maraqlı
olmadığını dilə gətirib və bu sazişin öhdəliklərindən yayınmaq üçün,
Strateji əməkdaşlıq təklif edib. Digər tərəfdən, bu addım Rusiyanın
qəzəbləndirməməyə xidmət edir: “Barrozonun səfəri zamanı mövqe
dəqiqləşdirməsi olacaq. Avropa Birliyi maraqlıdır ki, Azərbaycan bu
ailənin bir üzvünə çevrilsin. Əgər Azərbaycan birmənalı şəkildə bu
təklifdən imtina edərsə, bu o demək olacaq ki, Azərbaycan Rusiyanın
təsir dairəsində qalmağa üstünlük verir. Belə oacağı təqdirdə, bu gün
ABŞ-ın sərgilədiyi mövqeyi, Avropa Birliyi də təkrarlayacaq. Bu həm də
onun aydınlşması olacaq ki, Azərbaycanın Qərbə inteqrasiyası, Ilham
Əliyev hakimiyyəti ilə mümkün deyil. Ona görə də demokratik proseslərin
inkişafı üçün, Azərbaycandakı vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq
gündəmə gələcək”.

Ekspert onu da əlavə etdi ki, hakimiyyətin yanlış siyasəti, sahib
olduqları pulların itirilməsinə gətirib çıxara bilər: “Eyni zamanda
hakimiyyətin korrupsiya yolu ilə əldə etdiyi vəsaitlər, çirkli pullar
məsələsi gündəmə gələ bilər. Bu da dünyanın müxtəlif yerlərində
saxlanılan pulların dondurulması deməkdir. Bundan əlavə, Azərbaycanın
enerji siyasəti iflasa uğraya bilər və müxtəlif istiqamətdə təzyiqlər
meydana gələr”.

Azadlıq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=8500

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31