Novruz Məmmədovdan ehtiyatlı mövqe

12.06.2014 - 09:43

“Azərbaycanın hələlik Avrasiya Ittifaqına qoşulmaq niyyəti yoxdur”

“Azərbaycanın hələlik Avrasiya Ittifaqına qoşulmaq niyyəti yoxdur”

Xəbər verildiyi kimi Rusiya mayın 29-da Astanada təsis edilmiş
Avrasiya Iqtisadi Ittifaqına qoşulmaq üçün Azərbaycana rəsmi dəvət
göndərib. Bu barədə Rusiya və Belarus KIV-inin yaydığı məlumata görə,
Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 9-da serb jurnalistlərlə
görüşündə Avrasiya Iqtisadi Ittifaqının dünya arenasında yeni “güc
mərkəzi”inə çevriləcəyini deyib.

Aleksandr Lukaşenkonun sözlərinə görə, Avrasiya Ittifaqına bir çox
ölkə maraq göstərir. Məsələn, Çin, Vyetnam və Hindistan artıq yeni təsis
olunmuş ittifaqla təmasa girməyə hazır olduğunu bildirib.

Xəbərdə xatırladılır ki, gələcəkdə Avrasiya Ittifaqına Ermənistan və
Qırğızıstan da üzv olmağa hazırlaşır. Həmçinin ittifaqa daxil olmaq üçün
Azərbaycana da rəsmi səviyyədə dəvət göndərilib.

Azərbaycanın Avrasiya Ittifaqına daxil olması üçün Rusiyadan rəsmi dəvət aldığına dair qeydə epochtimes.ru portalı da yer verir.

Dünən Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini,
PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məsələyə
münasibət bildirib. Trend-in məlumatına görə, o, jurnalistlərə
açıqlamasında deyib: “Azərbaycanın hələlik Avrasiya Ittifaqına qoşulmaq
niyyəti yoxdur. Biz hələlik bu barədə düşünmürük”.

Novruz Məmmədovun “hələlik” ifadəsi işlətməsi diqqətdən yayınmayıb.
Ekspertlər hesab edir ki, Azərbaycan bu məsələdə kifayət qədər ehtiyatlı
mövqe sərgiləməyə üstünlük verir. “Rəsmi Bakı Rusiyanın təzyiqlərindən
ehtiyat edir. Ona görə də məsələ ilə bağlı qəti mövqe bildirməyə
tələsmir. Novruz Məmmədovun da “hələlik” ifadəsini işlətməsini təsadüfi
deyil. Yəni, Azərbaycan situasiyaya uyğun qərar verməyi planlaşdırır”, –
deyə ekspertlər bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=8501

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31