Milli Şuranın Koordinasiya Mərkəzi toplandı

12.06.2014 - 09:45

Yığıncaq Azərbaycan hökumətinin ölkəmizi avrointeqrasiyadan yayındırmasına həsr edilib

Yığıncaq Azərbaycan hökumətinin ölkəmizi avrointeqrasiyadan yayındırmasına həsr edilib

Dünən Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzi
növbəti yığıncağını keçirib. Yığıncaq Azərbaycan hökumətinin bütün
üsullarla ölkəmizi avrointeqrasiyadan yayındırmasına həsr edilib. Qeyd
edilib ki, hakimiyyətin bu kursu xalqın maraqlarına yox, hər şeydən
əvvəl avtoritar və korrupsioner rejimin qorunmasına xidmət edir.

Avrointeqrasiya bir seçim deyil, kiməsə qarşı yönəlməyib, Azərbaycan
xalqının gələcəyini düzgün müəyyən etmək üçün gedilən bir yoldur və bu
yol keçən əsrin əvvəlində Azərbaycan Demokratik Respublikası yarandıqda
seçilib. Bildirilib ki, Azərbaycan hakimiyyətinin talançılığa və
ədalətsizliyə söykənən indiki siyasəti Azərbaycanın müstəqilliyini də
təhlükə altına alır, ölkədə sovet nostaljisini və bundan istifadə edəcək
məkrli qüvvələri gücləndirmiş olur. Hakimiyyətin Avropa əleyhinə
təbliğatı da buna kömək edir.

Koordinasiya Mərkəzinin qərarı ilə, Milli Şura avrointeqrasiyanın
ölkəmiz üçün əhəmiyyəti və bundan yayınmağın zərərləri barədə tədbirlər
keçirəcək.

Milli Şuranın Mətbuat Katibliyi

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8502

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031