Etibar Pirverdiyev 700 milyon borca necə düşüb?
Rövşən Ağayev: “Azərenerji” vergi borcunu ödəmirsə, burada hökumətin məsuliyyəti var”
Yaxın dörd il ərzində “Azərenerji” ASC 4 milyard dollarlıq
investisiya proqramı həyata keçirəcək. “Fitch Ratings”ın ötən həftənin
sonlarında açıqladığı rəyə belə bildirilir. Xatırladaq ki, “Fitch” bu
dəfə “Azərenerji” ASC-nin emitent defoltunun uzunmüddətli reyitinqini
“Sabit” dəyərləndirib, “BBB-” səviyyəsində təsdiq edib. “Reytinq”
agentliyinin məlumatına görə, ASC-nin yeganə səhmdarı Azərbaycan
Respublikasıdır və 100 faiz dövlətə məxsusdur.
“Bizim yol” qəzetinin iyunun 10-dakı sayında dərc olunan məqaləyə
görə, “Fitch” hazırda “Azərenerji”nin dövlətlə hüquqi əlaqələrini güclü
qiymətləndirir. Hətta dövlət şirkətin borcunun böyük hissəsi (2013-cü
ilin sonuna toplanmış faizləri nəzərə almamaqla bütün borcun təqribən 89
faizi) üzrə zəmanət verməyə davam edir. “Reytinq” agentliyi bu
göstəricinin 2014-2017-ci illərədək sabit qalacağını, hər hansı bir
özəlləşdirmənin gözlənilməliyini qeyd edir.Гї
“Fitch” “Azərenerji”ni elektrik enerji istehsalı və paylaşdırılması
bazarında inhisarçı şirkət hesab edir. Belə ki, ölkənin elektrik enerji
paylaşdırılmasının 55 faizi məhz dövlət şirkətinə məxsusdur: “Bu,
şirkətin ÜDM-də payının aşağı olmasına baxmayaraq, ölkənin
iqtisadiyyatında əhəmiyyətli Гїmövqeyə malik olduğunu göstərir”.
“ASC dövlət zəmanəti ilə alınan kreditlərdən əlavə, 2013-cü ilin
sonunda hesablanmış faizlər istisna olmaqla, Maliyyə Nazirliyindən də
subsidiya əldə edir ki, bu da ümumi borcun 6 faizini təşkil edir.
2009-2013-cü illərdə dövlət investisiya proqramları çərçivəsində 818
milyon manat (1 milyard dollardan çox) vəsait yatırılıb. Bu ilin 5 ayı
ərzində 15,7 milyon manat dövlətdən investisiya vəsaiti əldə edib ki,
ilin sonuna qədər 22 milyon manata çatacağı gözlənilir. Bundan əlavə
isə, 2015-2017-ci ildə elektrik enerjisi sektoruna daha 4 milyard dollar
yatırım qoyulacağı proqnozlaşdırılır” deyə açıqlamada qeyd edilir.Гї
“Fitch” hesab edir ki, ölkədə qazın qiyməti Avropa bazarı ilə
müqayisədə ucuzdur (Müqayisə üçün, 2007-2013-cü illərdə Azərbaycanda
qazın ortalama qiyməti 62 300 mln dollar. m3 olubsa, Avropada 294 000
mln dollar. m3-a başa gəlib). Bu o deməkdir ki, göstərilən müddət
ərzində şirkətə 1 milyard dollar subsidiya ayrılıb. Bu da elektrik
enerjisinin aşağı tariflərdə saxlanılmasına təsir göstərir.
“Reytinq” agentliyinin açıqlamasına görə, “xərclər-plus” mexanizmi
ilə tariflərin müəyyənləşdirməsi şirkətlər üçün əlverişli olsa da,
sosial siyasət baxımından məhdud modeldir: “Elektrik enerjisinin qiyməti
tez-tez dəyişilmir, sonuncu dəfə 2007-cı ildə artırılıb. Yanacaq
xərcləri “Azərenerji”nin əməliyyat xəclərinin, demək olar, yarısını
təşkil edir. 2013-cü ilin dekabrında 48 faiz artaraq bir milyon m3-u 80
min manata qaldırıldı. 2014-2017-ci illərdə enerji və qaz tarifləri
dəyişməz olaraq qalacağı gözlənilir. 2014-cü ildə elektrik və qaz
tarifləri arasında artım tempi arasında uyğunsuzluq var və bu da müəyyən
risklər yaradır. Şirkət bunu kompensasiya etmək üçün dövlətin
investisiya vəsaitindən istifadə edəcək. “Azərenerji”nin vergi borcu
2013-cü ilin sonuna kimiГї700 milyon manat təşkil edib. Şirkət qalan
vergi borclarını daha böyük həcimli dövlət subsidiyaları hesabına və ya
əlavə borclar cəlb etməklə ödəyə bilər. Bu, onun kreditödəmə
qabiliyyətinə neqativ təsir göstərir”. Nəhayət, “Fitch” risklərdən
sığortalanmaq üçün şirkətə tövsiyələrini təqdim edib.
Maraqlıdır ki, bir vaxtlar Azərbaycanda fəaliyyət göstərən Hüseyn
Arabulun rəhbərlik etdiyi “Barmek” şirkəti dövlətdən heç bir dotasiya
almadığı halda ili heç bir borc saxlamadan qapayırdı. Özü də nəzərə
almaq lazımdır ki, bu şirkətin fəaliyyəti zamanı elektrik enerjisinin
qiyməti indikindən 3 dəfə ucuz idi. Amma “Azərenerji”nin vergi borcu
2013-cü ilin sonuna kimi 700 milyon manat təşkil edib. Bu baxımdan belə
bir reytinqli təşkilata 4 il üçün 4 milyard investisiya yatırılması
başadüşülən deyil.
Iqtisadçı Rövşən Ağayevin fikrincə, “Azərenerji”nin
700 milyon manat vergi borcunun yaranmasına səbəb sadəcə olaraq vergi
intizamsızlığıdır. Nazirlər Kabinetinin qərarına görə, iri vergi
ödəyicilərində il ərzində müntəzəm monitorinq aparıldığınıi deyən
R.Ağayev vurğuladı ki, bu müəssisələrin gəlirləri, xərcləri il ərzində
bir neçə dəfə qiymətləndirilir: “Yəni faktiki olaraq “Azərenerji” vergi
borcunu ödəmirsə, burada hökumətin də məsuliyyəti var. Çünki
“Azərenerji” hökumət şirkətidir. Hökumət bu şirkətlərin
dövlətsizləşdirilməsinə, hətta idarəyə verilməsinə belə tab gətirmədi.
“Barmek”ə verdi, sonra da geri qaytardı. 2007-ci ildə elektrik
enerjisinin dəyərini 3 dəfə qaldıranda hökumətin ictimaiyyət qarşısında
verdiyi bəyanat bu olmuşdu ki, yeni qiymətlərin hesabına biz faktiki
“Azərenerji”nin maliyyə davamlılığını təmin edəcəyik. “Barmek”
“Azərenerji”dən 3 dəfə az tariflə işləyir və dövlət büdcəsindən heç bir
dotasiya almırdı. Amma “Azərenerji” 3 dəfə artıq tariflə işləyir,
üstəlik, dövlətdən yardım da alır. Eyni zamanda onu da vurğulamaq
lazımdır ki, “Azərenerji”nin əhalidən yığımı, demək olar, 100 faizə
yaxınlaşıb. Digər tərəfdən, “Barmek” “Azərenerji”yə hazır infrastruktur
qoyub getmişdi”.
“Azərenerji”yə 4 milyardlıq investisiya yatırımına gəlincə, R.Ağayev
vurğuladı ki, o, dövlət müəssisələrinə bu cür iri yatırımların
edilməsini düzgün saymır. Ümumiyyətlə, dövlət mümkün qədər iri kommunal
müəssisələri dövlətsizləşdirməlidir: “Dövlətsizləşdirmə təkcə
özəlləşdirmə anlamına gəlmir. Dövlətsizləşdirmə söhbət idarəetmənin
dövlətin əlindən alınmasından gedir. Beynəlxalq bazarlardakı şirkətlər
bu sahəni işlədərək investisiyanı da onlar yatırırlar. Bu gün müəllimi
150 manat alan dövlətin məmurların korrupsiya maraqlarına görə hər hansı
sahəyə pul yatırması yolverilməzdir”.
xərclənəcəyi ilə bağlı aydın planın olmaması bu vəsaitin də
yatırılmasından səmərə olmayacağı anlamına gəlir.
Short URL: http://www.cumhuriyyet.net/?p=8503