Ziya Məmmədov merə yerini göstərmək istəyir

12.06.2014 - 09:54

Nəqliyyat Nazirliyinin rəsmisi “Baku Bus” şirkətinin onlara məxsus olduğunu bildirir

“Baku Bus” nəqliyyat şirkətinə yeni avtobuslar alınacaq”

ANS PRESS-in məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin
mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib. O bildirib ki, artıq
Nazirlik avtobusların alınması ilə bağlı vəsait ayırıb: “Mən deyə
bilmərəm avtobuslar nə vaxt alınacaq. Çünki bu o qurumun
səlahiyyətindədir. Nazirlik pulu ayırıb. 30 milyon vəsait həm
avtobusların alınması, həm də şirkət üçün müvafiq yerlərin ayrılması
üçün nəzərdə tutulub”. 

Namiq Həsənov “Baku Bus” nəqliyyat şirkətinin Nazirliyin 32
daşıyıcısından biri olduğunu deyib. O bildirib ki, mətbuatda Nəqliyyat
Nazirliyinin səlahiyyətlərinin alınması ilə bağlı yayımlanan xəbərlər
həqiqəti əks etdirmir. Bu şirkət bizim daşıyıcılarımızdan biridir.

Bir müddət əvvəl Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhər Icra
Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında
fəaliyyət göstərən payları dövlətə məxsus “Baku Bus” Məhdud Məsuliyyətli
Cəmiyyəti yaradılması qərara alınıb. Az sonra isə “Iveco Bus” şirkətilə
Nəqliyyat Nazirliyi deyil, məhz Bakı Şəhər Icra Hakimiyyəti arasında
müqavilə imzalandı. Bütün bunlar isə paytaxtda sərnişindaşıma sahəsinin
Nəqliyyat Nazirliyindən alınaraq meriyaya verilməsi və Ziya Məmmədova
məxsus “Transqeyt” şirkətinin artıq sıradan çıxarılması kimi
qiymətləndirildi.

Short URL: http://www.cumhuriyyet.net/?p=8504

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31