“Müharibə hazırlığı yalandır”

12.06.2014 - 10:18

“Ermənistanın cəbhəyə ordu yığması xəbəri Rusiyanın təxribatıdır”

“Hazırkı məqamda hərbi əməliyyatların bərpası perspektivi görünmür”

Azərbaycan ordusunun snayperinin Naxçıvanla sərhəddə Ermənistan
ordusunun iki hərbçisini bir gündə məhv etməsindən sonra düşmən ölkədə
qisas çağırışları səslənir. Xəbər verildiyi kimi, ötən həftə baş vermiş
həmin insidentdən sonra Ermənistan müdafiə nazri Seyran Ohanyan ATƏT
sədrinin səhra köməkçisi Anjey Kasprşiki Müdafiə Nazirliyinə çağırıb və
bu insidentin “Azərbaycan tərəfi üçün mümkün nəticələri” barədə
xəbərdarlıq edib.

Azərbaycan Müdafiə Nazirliyi erməni nazirin bu xəbərdarlığına cavab
olaraq bildirib ki, düşmənin təmas xəttində atəşkəsi pozmasının qarşısı
bundan sonra da alınacaq.

Eyni zamanda təmas xəttinin Cəbrayıl və Füzuli istiqamətlərində
erməni işğalçı ordusunun öz mövqelərini möhkəmləndirdiyi barədə xəbər
yayılıb. Hərbi qaynaqlardan bildirildiyinə görə, Füzuli rayonunun
Qazaxlar, Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndi istiqamətində bir
neçə gündür ermənilərin mövqelərini möhkəmləndirməsi müşahidə olunur.

Əsasən gecə saatlarında fəaliyyət göstərən erməni mühəndis-istehkam
bölmələri tərəfindən ərazinin minalanması, eləcə də mövqelərin üzərində
maneələrin qurulması, açıq ərazilərin bağlanması halları qeydə alınıb.

Bir tərəfdən bu hazırlıqlar erməni işğalçı qüvvələrinin təmas
xəttinin həmin istiqamətində itkilərinin son vaxtlar artması ilə bağlı
ola bilər. Digər tərəfdən isə düşmənin hansısa diversiya əməliyyatına
hazırlıq gördüyü istisna deyil.

Ermənistanın cəbhədə hansısa diversiya əməliyyatına hazırlaşdığını
vaxtilə Şuşanın işğalına başçılıq etmiş erməni general Arkadi
Ter-Tadevosyan da təsdiq edib(virtualaz.org).

Istefada olan general “Azadlıq” radiosunun erməni xidmətinə
açıqlamasında bildirib ki, “erməni qüvvələri AzərbaycanГї tərəfinə hiss
olunacaq zərbələr hazırlayır” və indi bu istiqamətdə hazırlıqlar
aparılmaqdadır.

“Məndə bu barədə məlumatlar var” – deyə Ter-Tadevosyan bildirib.

Ter-Tadevosyan Naxçıvanla sərhəddə baş vermiş inisdentlə bağlı deyib
ki, əgər ermənilər tezliklə cavab verməsə, Azərbaycanda hesab edəcəklər
ki, Ermənistan zəifləyib.

“Ona görə də zərbə, hiss olunacaq zərbə endirmək lazımdır” – deyə işğalçı ordunun generalı bildirib.

General Ter-Tadevosyan istefada olsa da Ermənistanın Müdafiə
Nazirliyinin rəhbərliyi ilə sıx təmasları qalır və bu baxımdan onun
düşmən ordusunun cəbhədə hansısa diversiya əməliyyatına hazırlaşdığı
barədə anonsunu Azərbaycan Müdafiə Nazirliyi diqqətə alıb müvafiq
hazırlıqlar görə bilər.

Digər tərəfdən, mümkündür ki, Ter-Tadevosyan Ermənistan cəmiyyətində
erməni ordusunun itkilərinin artması ilə bağlı narazılıqları yatırmaq
üçün “cavab zərbəsi” barədə planların olduğunu deyir.

Azərbaycan Müdafiə Nazirliyi isə təmas xəttində vəziyyətin nəzarət
altında olduğunu bildirir və ermənilərin hücuma hazırlaşdıqları barədə
məlumatları təsdiq etmir.

Amma bəzi ekspertlərin fikrincə, hazırda erməni ordusunun hərbi
əməliyyatlara hazırlığı ilə bağlı yayılan məlumatlar Rusiyanın
təxribatıdır. Bununla Rusiya regionda yaranmış yeni geosiyasi
situasiyadan çıxış edərək Azərbaycana təzyiq etmək istəyir. Əslində isə
bu həm təzyiq, həm də şirnikləndirici təklif də sayıla bilər. Çünki
Rusiya Azərbaycanla razılığa gələ biləcəyi təqdirdə bir sıra rayonların
azad olunmasını təşkil edə bilər. Azərbaycanın isə bu ssenariyə razılıq
verməsi ciddi fəsadlarla nəticələnə bilər. 

Politoloq Vəfa Quluzadə hesab edir ki, Azərbaycanın
Rusiyanın bu cür planlarında iştirakı Qərbin sərt reaksiyasına səbəb ola
bilər: “Rusiya Azərbaycana əlavə əsgəri təzyiq də edir. Rusiya bəyan
etmək istəyir ki, ermənilər hər an müharibəni başlaya bilər. Rusiyanın
bu addımı Azərbaycanı Gömrük və Avrasiya Ittifaqına sürükləmək istəyi
ilə bağlıdır. Gömrük və Avrasiya Ittifaqına daxil olmaq Azərbaycan üçün
müstəqilliyin itirilməsi demək olacaq”.

Ermənistanın cəbhə xəttinə ordu yığması ilə bağlı bir neçə  fərziyə
irəli sürməyin mümkün olduğunu deyən V.Quluzadə bildirdi ki, baş
verənlərdən Rusiya istifadə edə bilər: “Rusiya Azərbaycana belə bir vəd
verə bilər ki, siz müharibədə üstünlük əldə etsəniz, biz proseslərə
qarışmayacağıq. Amma buna inanmaq olarmı? Deyək ki, biz Rusiyaya inanıb
müharibəyə daxil olduq. Amma sonra bizə kim zəmanət verə bilər ki,
Ermənistanla Rusiya Azərbaycana qarşı birləşməyəcək”. 

Hərbi ekspert Cəsur Sümərənli isə hesab edir ki, son
zamanlar cəbhə xəttində baş verənlərin nəticəsi olaraq Azərbaycan
silahlı qüvvələrinin hərbi-psixoloji üstünlüyü artıb. Bu həm müdafiə
nazirinin cəbhə xəttinə səfərləri, həm də ordunun keçirdiyi təlimlərlə
bağlıdır: “Ermənistandakı durumu da nəzərə almaq lazımdır. Cəbhə
xəttindəki aktivliyi görən erməni ictimaiyyəti hakimiyyətdən hesabat
tələb edir. O baxımdan artıq Ermənistan tərəfi də bəzi hərbçilərinin
dilindən bu cür açıqlamaları gündəmə gətirir ki, ictimaiyyəti
sakitləşdirsin. Cəbhə xəttində ordunun yığılıb-boşalması daim davam
edir. Bunu həm Azərbaycan, həm də Ermənistan edir. Bu bəzən təlimlərlə,
bəzən isə manevrlərlə bağlı olur. Amma hazırkı məqamda hərbi
əməliyyatların bərpası perspektivi görünmür. Zakir Həsənovun son sərt
bəyanatından sonra cəbhə xəttində vaxtaşırı gərginlik ola bilər. Amma
bu, geniş hərbi əməliyyatlara keçməyəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8506

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031