Qarabağın taleyinə aydınlıq gətirəcək iki faktor
Azərbaycanın Avrasiya Birliyinə qoşulub-qoşulmayacağı və saxta
“soyqırımın” 100 illiyinədək sərhədlərin açılıb-açılmayacağı münaqişənin
tarixində dönüş yarada bilər; regionda müharibə riskləri xeyli dərəcədə
bu iki amildən asılı duruma gəlməkdədir…
2014-cü
ilin təxminən yarısı arxada qalsa da, Qarabağ nizamlanmasında hər hansı
tərpəniş yoxdur. Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin
danışıqlara stimul verə bilməyən son 6 bəndlik təklifləri, atəşkəsin 20
illiyi ilə əlaqədar vasitəçilərin birgə bəyanatı, habelə Azərbaycan və
Ermənistan xarici işlər nazirlərinin həmsədrlərlə Fransa görüşü nəzərə
alınmazsa, bu il sülh prosesində yadda qalan, parlaq heç bir olay qeydə
alınmayıb. Hətta 2014-cü ildə prezidentlərin növbəti formal görüşünü
təşkil eləmək də əlçatmaz olub.
bilinməyən durğunluq isə sövq-təbii olaraq konflikt zonasında müharibə
riskini artırıb, müharibə ritorikası qismən səngisə də. Ancaq ən
maraqlısı odur ki, işğalçı Ermənistanın əsas müttəfiqi Rusiya bütün
bunlara rəğmən, Azərbaycana silah və hərbi texnika satışını
dayandırmayıb. Bu da erməni tərəfdə ciddi narahatlıq və təlaş
doğurmaqdadır.
səsləndirməyə başlayıblar ki, necə olur, Azərbaycan Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmaya-olmaya Rusiya ona
quruma üzv ölkələrdən çox silah satır, bununla nəyə nail olmaq istəyir,
Bakını yeni müharibəyə hazırlamır ki?
ki, şimal qonşumuzu bu məsələdə ilk növbədə maddi qazanc maraqlandırır.
Təsadüfi deyil ki, Ermənistandakı Rusiya səfiri İvan Volınkin
Azərbaycanla Rusiya arasında silah ticarəti ilə bağlı belə də demişdi:
“Bu, sırf siyasətdir, burda siyasi nəsə axtarmağa ehtiyac yoxdur”.
siyasət də var. Birinci ona görə ki, bu dəqiqə Kremli Ermənistandan çox
(işğalçı ölkə ilə bağlı məsələ artıq bitib), Azərbaycan və onun
strateji seçimi kimin xeyrinə edəcəyi düşündürür. Belə bir seçim
ərəfəsində Moskva Bakıya maksimum reveranslar eləməklə, onun
siyasi-hərbi ehtiyaclarını ödəməyə çalışmaqla qərarın öz xeyrinə
verilməsinə nail olmağa çalışır.
bu seçim, yəni Azərbaycanın Avrasiya Birliyinə qoşulub-qoşulmayacağı
məsələsi Minsk Qrupunun üç həmsədrindən biri kimi Moskva ilə Bakı
arasında münasibətlərə mühüm təsir göstərəcək. Həmin təsir isə özünü
nizamlama prosesində və hətta münaqişə zonasında yeni müharibə
risklərində göstərə bilər. Çünki Rusiya öz imperiya ambisiyalarını
naminə istənilən sürprizə hazır olduğunu dəfələrlə nümayiş etdirib.
Ukrayna böhranından və tətbiq edilən iqtisadi-maliyyə sanksiyalarından
sonra Rusiya geri çəkilir və bir az da zəifləmiş kimi görünür. Ancaq
unutmaq lazım deyil ki, Qarabağ problemi Güney Qafqazı əldə saxlamaq
üçün Rusiyanın əsas kozurudur və Kreml onu elə-belə əldən buraxmayacaq.
Belə də demək olar ki, Moskva region uğrunda son, həlledici savaşa
hazırlaşır, bundan ötrü ən mürəkkəb kombinasiyalar, planlar hazırlayır.
ki, Azərbaycanı birtərəfli qaydada silahlandırmaq bu planlara daxil
deyil, heç ola da bilməz. Təsadüfi deyil ki, 2013-cü ildə Moskva
Ermənistana daha çox silah verib, nəinki Azərbaycana. Bunu Rusiyanın
BMT-yə təqdim etdiyi hesabatdan görmək olar: məlum olur ki, rəsmi Moskva
ötən il Azərbaycana 10 tank, 10 piyada döyüş maşını (BMP), 438 müxtəlif
artilleriya sistemi və 25 hərbi vertolyot satıbsa, eyni ildə
Ermənistana 35 tank, 110 BMP, 50 reaktiv yaylım atəş sistemləri və 200
müxtəlif təyinatlı raket verib.
bəllidir ki, Rusiya Bakıya satdığı silahları İrəvana göndərdiyi
silahlardan baha qiymətə realizə edib. Ən maraqlısı odur ki, şimal
qonşumuz Azərbaycana tutaq ki, dünya bazarı qiymətinə müasir T-90
tankları satıbsa, forpostu Ermənistana həmin tankları döyüş
əməliyyatları zamanı məhv eləmək üçün “Hermes” və “Xrizantema C” tank
əleyhinə komplekslər verib.
qənaət hasil olur ki, Rusiya yalnız öz oyununu oynayır və yaxın və orta
perspektiv üçün öz maraqlarına hesablanmış planlar qurmaqdadır. Bu
planlarda Avrasiya İttifaqı məxsusi yer tutur. “Yeni SSRİ” adlanan bu
quruma Azərbaycanın qoşulmasının Rusiya üçün hansı önəmi daşıdığını isə
moskvalı politoloq, Avrasiya İnstitutunun direktoru Vladimir Lepexinin
fikirlərindən aydınca görmək olar.
Birliyində Ukraynanın olmamasını yalnız Azərbaycan kompensasiya edə
bilər. Bundan əlavə, quruma Azərbaycanla Ermənistanın eyni vaxtda
qoşulması təkcə birliyin yeni inteqrasiya səviyyəsi demək olmayacaq, həm
də bu iki ölkə arasında münasibətlərin normallaşması və Güney Qafqazda
sabitliyin təmin edilməsi anlamına gələcək. Qərb siyasətçiləri Güney
Qafqaz bölgəsinin əhəmiyyətini yaxşı başa düşürlər. Ona görə də
əllərindən gələni edirlər ki, Ermənistanla Azərbaycan arasında gərginlik
qalsın, Qarabağ konflikti kəskinləşsin”.
gerçək budur ki, konfliktin qalmasında ən çox maraqlı olan tərəf məhz
Rusiyadır. Politoloqun açıqlaması da növbəti dəfə onun xəbərçisidir ki,
Azərbaycan əgər qurumdan imtina eləsə, bu, yeni situasiya yaradacaq və
Rusiya regionda vəziyyəti qarışdırmağa səy edəcək.
prosesində ciddi şəkildə özünü göstərməyə başlayan ikinci mühüm amil
uydurma “erməni soyqırımı” iddiasının yaxınlaşan 100-cü ildönümü ilə
bağlıdır. Bəllidir ki, bu bədnam yubileyə Türkiyə də hazırlaşır. Bəzi
məlumatlara görə, erməni təbliğat maşınını və Qərbin gözlənilən güclü
təzyiqlərindən sığortalanmaq üçün rəsmi Ankara Qərbin özünün də
marağında olan bir məsələyə – sərhədlərin açılmasına razılaşa bilər.
Hətta bu xüsusda Türkiyə ilə Ermənistan arasında gizli anlaşmanın olması
haqda iddialar dolaşır.
konflikt ətrafında yeni situasiya yaranacaq, çünki Ermənistanın
Rusiyadan total asılılığı Türkiyənin xeyrinə qismən azala, Türkiyə
vasitəsilə isə Qərbin İrəvana təsir imkanları güclənə bilər. Bu isə
Kremli aqressivləşdirəcək. Əgər sərhədlərin açılması Azərbaycanı
sakitləşdirmək məqsədilə, üstəlik, 1-2 rayonun azad edilməsi ilə
müşayiət olunacaqsa, o zaman Rusiyanın narahatlığı birə-iki artacaq.
yaxın perspektiv üçün iki amil – Azərbaycanın Avrasiya Birliyinə
qoşulub-qoşulmayacağı və uydurma “erməni soyqırımı”nın 100 illiyində
Türkiyənin sərhədi açıb-açmayacağı məsələsi münaqişənin yekun həll
variantında özünü qabarıq şəkildə büruzə verə bilər. Eyni zamanda
regionda müharibə riskləri xeyli dərəcədə bu iki faktordan asılı duruma
gələcək.
ən böyük məsuliyyət Ermənistanın üzərində qalacaq. Çünki Cənubi
Qafqazda Rusiyanın yeganə və əsas hərbi kontingenti Ermənistanda (Gümrü,
Erebuni) yerləşir. O zaman erməni tərəfi özündə iradə tapıb Kremlin
təxribatçı planlarında növbəti dəfə yer almaqdan, təzədən Moskvanın
“dudka”sına oynamaqdan imtina edə biləcəkmi? Sual həm də budur.
sualın cavabından həm də Ermənistanın öz gələcək taleyi həll olunacaq.
Ona görə ki, Rusiyanın Güney Qafqaza hərbi müdaxiləsinə səbəb olmaq
Türkiyənin də analoji müdaxiləsinə zəmin hazırlamaq anlamına gələcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=8510