Sərkisyan Vyanada Qarabağdan söhbət açıb

12.06.2014 - 10:41

 

Avstriya səfərinə çıxan Ermənistan
prezidenti Serj Sərkisyan iyunun 11-də paytaxt Vyanada həmkarı Haynts
Fişerlə görüşüb. Təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə
keçirilən görüşlərdən sonra iki ölkənin əməkdaşlığına dair sənədlər
imzalanıb. “Media forum” saytı xəbər verir ki, dövlət başçıları Avstriya
və Ermənistanın dostluğu, tərəfdaşlığı barədə bəyannaməyə qol çəkiblər.
Digər sənədlər turizm, mədəniyyət, hava nəqliyyatı sahələrində
əməkdaşlığı nəzərdə tutur.

Həmkarı ilə birgə mətbuat konfransı keçirən Serj Sərkisyan görüşdə
Dağlıq Qarabağ münaqişəsinə də toxunulduğunu vurğulayıb. O qeyd edib ki,
Ermənistan Qarabağ münaqişəsinin yalnız və yalnız dinc yolla, ATƏT-in
Minsk qrupu çərçivəsində həllinə tərəfdardır, bu yöndə öhdəliklərinə
sadiq qalır.

 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8511

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031