Müxalifətin bələdiyyə seçkilərində iştirakı sual altındadır

12.06.2014 - 11:13

Seçkilərin keçirilməsinə 6 ay qalıb; aparıcı partiyalar bu barədə yekun qərar verməyib

Bu
ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
Seçkilərin keçirilməsinə 6 ay qalsa da, bəzi müxalifət partiyalarını
çıxmaq şərti ilə, ölkəmizin ana müxalifət partiyalarının bu seçkilərdə
iştirakı sual altındadır. Seçki Məcəlləsinin dəyişdirilməyəcəyi təqdirdə
bəzi siyasi qüvvələrin bələdiyyə seçkilərini boykot edəcəyi barədə
fikirlər səsləndirilir.

Müsavat
Partiyası başqanın müavini Mehman Cavadoğlu ilk növbədə, seçkilərin
demokratik keçirilməsi uğrunda mübarizə aparacaqlarını bildirdi:
“Müsavat Partiyası bələdiyyə seçkilərində iştirak etməyi nəzərdə tutur.
Hələ ki bu barədə partiyanın qərarı yoxdur. Seçkilərin azad, demokratik
keçirilməsi üçün mübarizə aparacağıq. Bundan əvvəl keçirilən bələdiyyə
seçkiləri hakimiyyətin tam nəzarəti altında olub və nəticələri tamamilə
saxtalaşdırılıb. Namizədlərə ciddi təzyiqlər olub. Müsavat Partiyası bu
seçkilərdə iştirak etmək istəyir. Amma çox güman ki, ilk növbədə
məqsədimiz seçkilərin düzgün keçirilməsi üçün mübarizə aparmaq olacaq”.
Bələdiyyə
seçkilərində iştirak edib-etməməklə bağlı qərarsız vəziyyətdə olan
siyasi qurumlardan biri də Milli Şuradır. Qurumun mətbuat xidmətinin
rəhbəri Oqtay Gülalıyev hələ də bu istiqamətdə müzakirə aparılmadığını
qeyd etdi: “Milli Şurada bu məsələlərlə bağlı hələ qərar verilməyib.
Təmsil olunduğumuz qurumda seçkilərdə iştirak etmək və etməməklə bağlı
fikirlər var. Ölkəmizdə anti-demokratik mühiti əsas gətirib, Seçki
Məcəlləsi mücərrəd vəziyyətdə, seçkilər hakimiyyətin tam nəzarətində
olduğuna görə iştirak etməməklə bağlı düşünənlər az deyil. Hər iki
tərəfin kifayət qədər ciddi arqumentləri var. Onu qeyd edim ki, Milli
Şuraya daxil olan hər bir partiyanın seçkilərdə iştirak qərarı təbiidir.
Bu baxımdan KXCP-nin seçkilərdə iştirak etməklə bağlı qərarına normal
baxıram. Hesab edirəm ki, Milli Şura bu məsələləri müzakirə edib, hər
hansı bir yekun qərar verdikdən sonra fikir söyləmək olar”. 
Artıq
bəzi partiyalar bələdiyyə seçkilərində iştirak etmək barədə qəti qərar
verib. Bir sıra siyasi partiyaların təmsil olunduğu Milli Şura
seçkilərdə iştirak etmək barədə qərar verməyib. Amma bu quruma daxil
olan partiyalardan KXCP seçkilərdə iştirak edəcəyini açıqlayıb.
KXCP
sədrinin müavini Xəzər Teyyublu bələdiyyə seçkilərinə ciddi şəkildə
hazırlaşdıqlarını bildirdi: “Partiyamızın Ali Məclisi seçkilərdə iştirak
etmək barədə qərar verib. Çox ciddi şəkildə seçkilərə hazırlaşırıq.
Artıq bütün Azərbaycan rayonları üzrə zona müşavirələrinə start
vermişik. 24 iyunda partiyamızın Ali Məclisinin növbəti toplantısıdır.
Çox güman ki, bələdiyyə seçkiləri məclisin əsas mövzularından biri
olacaq. Çox istərdik bütün siyasi partiyalar seçkidə iştirak etsin.
Seçkidə iştirak etmək partiyanın aktivliyini artırır. İlk növbədə, seçki
saxtakarlığını üzə çıxarmaq mümkün olur. Bunun özü böyük siyasi
prosesdir. Təmsil olunduğumuz Milli Şurada bu istiqamətdə müzakirə
olmayıb. Yəqin ki, tezliklə müzakirələr başlayacaq. Onu da qeyd edim ki,
Milli Şuranın verəcəyi qərardan asılı olmayaraq, KXCP öz qərarını artıq
verib. Seçkilərdə iştirak etmək barədə qərarımız qətidir”.
musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=8513

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930